Şriftin ölçüsü :

Saytın rəngi :

Basqal qəsəbə tam orta məktəbində yubiley tədbiri

08 may 2014 | 15:00

7 may 2014-cü il tarixdə  Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbi ilə birlikdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirmişdir. Tədbirdə İsmayıllı RİHB-nın Basqal qəsəbəsi üzrə nümayəndəsi N.Əsədov, məktəbin direktoru A.Qafarov, müəllimlərdən Y.Ağayeva,  K.Məlikzadə çıxış edərək müstəqillik illərində Azərbaycan təhsilindəki uğurlardan və bu uğurların qazanılmasında Heydər Əliyevin müstəsna rolundan danışmışlar. Tədbirdən sonra məktəbin şagirdlərinin Ümummilli liderimizin anadan olmasının 91 illiyi münasibətilə hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.  Ən yaxşı əl işləri seçilmiş və qaliblər mükafatlandırılmışdır.

Keçidlər