Şriftin ölçüsü :

Saytın rəngi :

Soltankənd kənd tam orta məktəbində yubiley tədbiri

08 may 2014 | 15:00

5 may 2014-cü il tarixdə Soltankənd kənd  tam orta məktəbində,  Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabovanın  iştirakı ilə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, ümummulli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə  tədbir keçirilib.
Tədbirdə  Əzizə Vahabova, məktəbin direktoru Sabir Məhərrəmov, kənd icra nümayəndəsi Şahin Musayev  çıxış edərək  Ulu öndərin keçdiyi həyat yolundan, onun Azərbaycan dövlətini dünyada necə tanıtdığından, dövlətin və xalqın yüksəlişi üçün verdiyi əməkdən, həmişə fəxr edə biləcəyimiz bir dahi şəxsiyyət olduğundan danışıblar. Çıxış edən natiqlər bildiriblər ki, Ulu öndər Azərbaycan dövləti qarşısında öz borcunu layiqincə vermişdir. Bu gün isə bizim borcumuz Ulu öndərin dövlətçilik siyasətini, onun qoyduğu siyasi yolu uğurla davam və inkişaf etdirən hörmətli prezidentimiz İlham Əliyevə xalq olaraq  daim dəstək və dayaq olmaqdır.
Tədbirin sonunda məktəblilər  Ulu öndərin şərəfinə və vətənpərvərlik mövzusunda yazılmış şerlər səsləndiriblər

Keçidlər