Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı gəncləri Ulu öndərin məzarını ziyarət edib

08 may 2014 | 15:00

Bütün fəaliyyəti dövründə gənclərə əsaslanan, ən vacib problemlərin həllində onları əsas qüvvə kimi görən ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bütün  xalqımız tərəfindən əziz tutulur. Heydər Əliyev ideyaları ilə silahlanan Azərbaycan gəncliyi ulu öndərin anadan olmasının 91 illiyi ilə əlaqədar  məzmun və formaca zəngin olan tədbirlər keçirir. İsmayıllı rayon Gənclər və İdman idarəsi bu tədbirlərin davamı olaraq bir qrup gəncin Fəxri Xiyabana gedişini və ulu öndərin müqəddəs məzarını ziyarətini təşkil etmişdir.
    Gənclər  ziyarət zamanı məzara tər çiçəklər qoymuş, ümummilli liderin vəsiyyətlərinə  bundan sonra da  sədaqətli olacaqlarına and içmişlər.

Keçidlər