Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Demokratik Cümhuriyyətin 96 illiyi

    Demokratik Cümhuriyyətin 96 illiyi

    2014-05-28

    İsmayıllı rayon İcra Hakimiyyəti tarixi günləri, milli bayramları bir qayda olaraq yüksək səviyyədə, məna və mahiyyətinə uyğun keçirir. 28 may Respublika günü də belə tarixi əhəmiyyət kəsb edən, millətə şərəf gətirən, xatirələrdə əbədiləşən müstəqillik və azadlıq yoluna işıq saçan günlərdən biridir. Elə buna görədir ki, ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 28 may 1918-ci ildə qazanılan azadlıq və müstəqilliyə əbədilik və dönməzlik xarakteri vermişdir.

  • 28 may- Respublika günü  məktəblərdə

    28 may- Respublika günü məktəblərdə

    2014-05-28

    İsmayıllı rayon ümumtəhsil məktəblərində 28 may- Respublika günü ilə bağlı tədbirlər keçirilib

  • İsmayıllıda kənd təsərrüfatı məhsulların...

    İsmayıllıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları davam edir

    2014-05-24

    Şəhərin “Qala divarları” önündə 23 may 2014-cü il tarixdə kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edildi. Rayonun fermerlərinin, eləcə də Nikitin adına kolxozun istehsal etdiyi məhsullardan ibarət keçirilən yarmarka əhali tərəfindən rəğbətlə qarşılandı. Ət, bal, süd və süd məhsulları, meyvə-tərəvəz, taxıl, noxud və digər məhsullar bazar qiymətindən ən azı 30-35 faiz aşağı qiymətə satıldı.

  • İsmayıllı Dövlət Rəsm Qalareyasında  sərgi...

    İsmayıllı Dövlət Rəsm Qalareyasında sərgi təşkil olunmuşdur

    2014-05-23

    Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin 24 aprel 2014-cü il tarixli əmrinə əsasən Regionlarda incəsənətin inkişaf etdirilməsi, gənclərin rəssamlıq sənətinə marağının artırılması məqsədilə İsmayıllı Dövlət Rəsm Qalareyasının fondunun yeni təsviri sənət əsərləri ilə zənginləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Rəsm Qalareyası tərəfindən 22 may 2014-cü il tarixində İsmayıllı Dövlət Rəsm Qalareyasında rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur

  • ADA Universitetinin əməkdaşları 				İsmayıll...

    ADA Universitetinin əməkdaşları İsmayıllıda

    2014-05-23

    May ayının 22-də Universitetin Tələbə Qəbulu şöbəsinin müdir müavini Firuzə Əliyeva və digər əməkdaşlar rayonda I, II, III ixtisas qrupları üzrə hazırlaşan və təhsildə yüksək nəticələri olan X-XI sinif şagirdləri ilə görüşmüş, ADA-nın təhsil sisteminə dair təqdimat mərasimi keçirmişdir.

  • Heydər Əliyev açıq dərslərinin yekun məşğ...

    Heydər Əliyev açıq dərslərinin yekun məşğələsi

    2014-05-23

    İki aydan çox müddətdə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzi eyni zamanda Heydər Əliyev açıq dərslərinin tədrisi mərkəzinə çevrilmişdi. Buradakı elmi, siyasi, ideoloji fəaliyyət, yaradıcılıq mühiti dərslərin də əsas istiqamətinə qovuşmuşdu.

  • Taxıl və ot biçini mövsümündə yanğın hall...

    Taxıl və ot biçini mövsümündə yanğın hallarının baş verməməsi ilə bağlı seminar-müşavirə keçirildi

    2014-05-22

    2014-cü ilin taxıl və ot biçini mövsümündə yanğın hallarının baş verməməsi üçün görüləcək təhlükəsizlik qaydalarının həyata keçirilməsi və taxıl biçininə hazırlıqla əlaqədar Rayon İcra Hakimiyyətində RİHB-nın İƏD üzrə nümayəndələrinin, aidiyyəti idarə və təşkilat rəhbərlərinin və mütəxəssislərin iştirakı ilə seminar-müşavirə keçirildi.

  • Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəye...

    Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illik yubiley tədbiri keçirildi

    2014-05-20

    May ayının 19-da İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illik yubileyi keçirildi.

  • Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının...

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vətəndaşları qəbul etmişdir

    2014-05-17

    Mayın 16-da İsmayıllıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Heydər Əliyev Mərkəzində İsmayıllı, Qobustan, Şamaxı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.

  • 18 may Beynəlxalq Muzeylər günüdür

    18 may Beynəlxalq Muzeylər günüdür

    2014-05-17

    Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək devizi ilə keçirilir. Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır.

  • “Ailə bayramı” cəmiyyətin sevgi və məhə...

    “Ailə bayramı” cəmiyyətin sevgi və məhəbbətin təntənəsi oldu.

    2014-05-16

    15 may 2014-cü il tarixdə Beynəlxalq Ailə günü münasibətilə “Röya” şadlıq evində rayon İcra Hakimiyyətinin uşaqlara və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə sevgi və məhəbbətin, səmimiyyət və mehribanlığın, dövlət qayğısı və diqqətinin təntənəsi olan ailə bayramı keçirildi. Bu bayram qəliblərdən, çərçivələrdən kənar idi. Hamı qəlbən sevinirdi. Hamı səadətə, xoşbəxtliyə çatdığı üçün daha firavan həyata qovuşduğu üçün dövlətimizə, cənab Prezident İlham Əliyevə minnətdar olaraq tədbirdə iştirak edirdi.

  • Respublikanın hərbi lisey və ali hərbi məktə...

    Respublikanın hərbi lisey və ali hərbi məktəblərinə qəbul olunmaq istəyən yeniyetmə və gənclərlə görüş

    2014-05-16

    15 may 2014-cü il tarixdə hərbi liseylərə və ali hərbi məktəblərə qəbul olmaq istəyən yeniyetmə və gənclərlə RİH-nin və rayon tehsil şöbəsinin görüşü keçrildi.Tədbiri giriş sozü ilə RİH-nin başçısı cənab Mirdaməd Sadıqov açdı. O, Azərbaycan Respublikasının iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətli bir ölkə olduğunu diqqətə çatdırdı.Ölkəmizin hərbi potensialının ildən-ilə artığını vurğuladı.

  • İsmayıllıda “Gül bayramı”

    İsmayıllıda “Gül bayramı”

    2014-05-11

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonda zəngin forma və məzmunda, geniş miqyaslı, elmi-publisistik bədii əsaslara söykənən, ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. 10 may 2014-cü ildə keçirilən “Gül bayramı” bu tədbirlərin zirvəsi olmuşdur.

  • Veteranlar təbrik edildi

    Veteranlar təbrik edildi

    2014-05-10

    Böyük Vətən müharibəsindən, alman faşizmi üzərində qələbədən 69 il keçir. Müharibə iştirakçılarına İsmayıllı rayonunda həmişə böyük qayğı və diqqət göstərilir. Rayon İcra Hakimiyyəti digər əlaqədar təşkilatlar ilə birlikdə Böyük Vətən müharibəsi veteranlarının problemlərinin həllinə, onların müalicəsinin təşkilinə yaxından köməklik göstərir.

  • Velosiped zavodunun tikintisinə baxış keçirild...

    Velosiped zavodunun tikintisinə baxış keçirildi

    2014-05-10

    İsmayıllı rayonunda Respublika Velosiped Fedarasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosiped Federasiyasının nümayəndəsi Roland Hofer, Bolqarıstan velosiped istehsalı ilə məşğul olan zavodun direktoru Draqomir Ruzov və rayon ictimayətinin nümayəndələrinin iştirakı ilə ölkəmizdə ilk velosiped zavodunun tikintisinə baxış keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hazırkı mərhələdə qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, regionlarda sənaye potensialının gücləndirilməsinin zəruri olduğunu bildirib.

  • 8 may 2014-cü il tarixdə  "Tour d'Azerbaidj...

    8 may 2014-cü il tarixdə "Tour d'Azerbaidjan-2014" veloyürüşünün ikinci mərhələsi keçirilib.

    2014-05-09

    Trend-in məlumatına görə, 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər və İsmayıllı rayonunadək 187 km məsafə qət ediblər. Mərhələnin qalibi İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın "Adria Mobil" komandasının üzvü Primoz Roqliç keçib - 4 saat, 55 dəqiqə, 2 saniyə. Ondan 1 saniyə geri qalan avstaliyalı Uilyam Klark ("Drapak Professional Cycling") 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato ("Neri Sottoli") isə 3-cü olub.

  • Böyük Vətən  müharibəsi veteranı ilə gör...

    Böyük Vətən müharibəsi veteranı ilə görüş keçirildi.

    2014-05-09

    8 may 2014 –cü il tarixdə İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri Böyük Vətən müharibəsi veteranı Məsimov Səttar Hacıbaba oğlunun görüşünə gedərək , onu Qələbə bayramı münasibəti ilə təbrik etdilər. Çox səmimi qarşılanan müəllimlər və şagirdlər onun müharibə illərinə aid xatirələrini dinlədilər.

  • Böyük Vətən müharibəsi veteranı ilə görü...

    Böyük Vətən müharibəsi veteranı ilə görüş keçirildi

    2014-05-09

    8 may 2014-cü il tarixdə İsmayıllı rayon Hacıhətəmli kənd tam orta məktəbin bir qrup müəllim və şagirdi Böyük Vətən müharibəsi veteranları ilə görüşə gedərək, onları Qələbə bayramı münasibəti ilə təbrik etdilər. Çox səmimi qarşılanan müəllimlər və şagirdlər veteranların müharibə illərinə aid xatirələrini dinlədilər. Görüşdə məktəbin direktoru Nazim Ağakişiyev, müəllimlər iştirak edirdilər. N.Ağakişiyev məktəbimizdə aparılan hərbi vətənpərvərlik işlərindən söhbət açdı. O, bugünkü nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini qeyd etdi.

  • 2 saylı tam orta məktəbində

    2 saylı tam orta məktəbində

    2014-05-08

    7 may 2014-cü il tarixdə A.Aslanov adına 2 saylı tam orta məktəbində Müstəqil Azərbaycan Dövlətinin qurucusu, ümummulli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi.

  • Basqal qəsəbə tam orta məktəbində yubiley t...

    Basqal qəsəbə tam orta məktəbində yubiley tədbiri

    2014-05-08

    7 may 2014-cü il tarixdə Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbi ilə birlikdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirmişdir.

  • Soltankənd kənd  tam orta məktəbində  yubiley...

    Soltankənd kənd tam orta məktəbində yubiley tədbiri

    2014-05-08

    5 may 2014-cü il tarixdə Soltankənd kənd tam orta məktəbində, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabovanın iştirakı ilə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, ümummulli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilib.

  • "Mən Azərbaycanlıyam" intelektual oyn...

    "Mən Azərbaycanlıyam" intelektual oynunda İsmayıllı intellektualları mübarizə aparıb

    2014-05-08

    Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyi və “Aztv” televiziyasının birgə layihəsi olan "Mən Azərbaycanlıyam" intelektual oynunda İsmayıllı intellektualları mübarizə aparıb

  • İsmayıllı gəncləri Ulu öndərin məzarını ...

    İsmayıllı gəncləri Ulu öndərin məzarını ziyarət edib

    2014-05-08

    Heydər Əliyev ideyaları ilə silahlanan Azərbaycan gəncliyi ulu öndərin anadan olmasının 91 illiyi ilə əlaqədar məzmun və formaca zəngin olan tədbirlər keçirir. İsmayıllı rayon Gənclər və İdman idarəsi bu tədbirlərin davamı olaraq bir qrup gəncin Fəxri Xiyabana gedişini və ulu öndərin müqəddəs məzarını ziyarətini təşkil etmişdir.

  • Qaraqaya kənd ümumi  orta məktəbində yubiley ...

    Qaraqaya kənd ümumi orta məktəbində yubiley tədbiri

    2014-05-08

    H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

  • Azərbaycan xalqının ümummilli lideri Heydər ...

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib

    2014-05-08

    Mayın 3-dən 7-dək Mədəniyyət və Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edib.

əvvəlki [51] növbəti