Şriftin ölçüsü :

Saytın rəngi :

Veteranlar təbrik edildi

10 may 2014 | 15:00

Böyük Vətən müharibəsindən, alman faşizmi üzərində qələbədən 69 il keçir. Müharibə iştirakçılarına İsmayıllı rayonunda həmişə böyük qayğı və diqqət göstərilir. Rayon İcra Hakimiyyəti  digər əlaqədar təşkilatlar ilə birlikdə Böyük Vətən müharibəsi veteranlarının problemlərinin həllinə, onların müalicəsinin təşkilinə yaxından köməklik göstərir.
Hazırda rayonda 29 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Qələbənin 69-cu ildönümü münasibətilə RİH-nin nümayəndələri, ziyalılar, məktəblilər veteranlarla evlərində görüşmüş, onları təbrik etmiş, RİH-nin başçısı cənab M.Sadıqovun təbrik məktubunu, bayram hədiyyəsini onlara çatdırmışlar.
Sağlamlıq durumu yerində olan veteranlarla çay süfrəsi arxasında səmimi söhbət aparılmış, onların mübarizə yolu bir daha xatırlanmışdır.
Veteranlarla xatirə şəkilləri çəkilmişdir.

Keçidlər