Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə bayramı” cəmiyyətin sevgi və məhəbbətin təntənəsi oldu.

16 may 2014 | 15:00

15 may 2014-cü il tarixdə Beynəlxalq Ailə günü münasibətilə “Röya” şadlıq  evində rayon İcra Hakimiyyətinin uşaqlara və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə sevgi və məhəbbətin, səmimiyyət və mehribanlığın, dövlət qayğısı və diqqətinin təntənəsi olan ailə bayramı keçirildi. Bu bayram qəliblərdən, çərçivələrdən kənar idi. Hamı qəlbən sevinirdi. Hamı səadətə, xoşbəxtliyə çatdığı üçün daha firavan həyata qovuşduğu üçün dövlətimizə, cənab Prezident İlham Əliyevə minnətdar olaraq tədbirdə iştirak edirdi.
Tədbiri Uşaqlara və ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyeva açdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Millət Vəkili Novruz Aslanov “Ailə bayramı”  iştirakçılarını çox  duyğulu, çox hərarətli, ailələrə dərin hörmət  və ehtiramdan ibarət olan çıxışla təbrik etdilər.
Bayram təntənəsində üç yeni  ailənin əsası qoyuldu- nikah  müqavilələri bağlandı. 99 yaşlı ikinci Dünya müharibəsi veteranı Bilal Əliyev  yeni ailə quran gənclərə xeyir-dua verdi. Ağayevlərin  ailə həyatının 65, Rüstəmovların 55 illiyi qeyd olundu. Gənc və qocaman ailələri Mirdaməd Sadıqov və Novruz Aslanov təbrik etdilər və hədiyyə verdilər.
Aparıcı elan etdi ki, kim “Ailənin xoşbəxtliyinin əsasını nədə görürsünüz?” sualına ən yaxşı cavab versə, ona Rayon İcra Hakimiyyətinin başçısı bir televizor hədiyyə edəcək.
Bütün cavablar yaxşı idi. Şəhid ailəsi Ədibə Əliyarovanın cavabı isə daha üstün qiymətə layiq görüldü. Hədiyyə onun ünvanını tapdı.
İntellektual oyun qalibi, ifaçı ailələrin çıxışı oldu.
Musiqi və mahnılarla zənginləşən “Ailə bayramı”nda hamı könül xoşluğu ilə getdi.

Keçidlər