Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikanın hərbi lisey və ali hərbi məktəblərinə qəbul olunmaq istəyən yeniyetmə və gənclərlə görüş

16 may 2014 | 15:00

15 may 2014-cü il tarixdə hərbi liseylərə və ali hərbi məktəblərə  qəbul olmaq istəyən yeniyetmə və gənclərlə RİH-nin və rayon tehsil şöbəsinin görüşü keçrildi.Tədbiri giriş sozü ilə RİH-nin başçısı cənab Mirdaməd Sadıqov açdı. O,  Azərbaycan  Respublikasının  iqtisadi,  siyasi və hərbi cəhətdən qüdrətli bir ölkə olduğunu diqqətə çatdırdı.Ölkəmizin hərbi potensialının  ildən-ilə artığını vurğuladı. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində hələ çox  iş görməyin vacib  olduğunu bildirdi. Tədbirdə RTŞ- nin müdri Rasim Orucov,  Milət vəkili Novruzəli Aslanov, Müdafiə Nazirliyinin  bölmə rəisi Emin Səfərov, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov, Qarabağ müharibəsi əlili, Bursa “İşıqlar” Əsgəri  Hava litseyinin kursantı Babək Əhmədovın atası Nizaməddin Əhmədov, Təzəkənd kənd tam orta məktəbin hərbi xidmətəqədərki fənn müəllimi, ordenli zabit, Qarabağ müharibəsi veteranı Eynulla Bağırov, ali hərbi məktəbə oxumağa gedən Uştal kənd tam orta məktəbinin şagirdi Şərif Məmmədov çıxış etdilər. Onlar ölkəmizdə aparılan ordu quruculuğu,  hərbi sənayemizin inkişafı gənclərin hərbi sahələrə marağın artması barədə danəşdılar.Tədbirdə  Ali Baş  Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın  yaxın gələcəkdə azad  olunacağı qeyd olundu.       Məktəblilər təntənəli şəkildə dövlət bayrağını marş sədaları altında zala  ətirdilər. Hərbivətənpərvərlik mövzulu mahnılar tədbirə yeni ovqat qatdı.Qonaqlara və fəal iştirakılara hədiyyələr verildi.

Keçidlər