Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vətəndaşları qəbul etmişdir

17 may 2014 | 15:00

Mayın 16-da İsmayıllıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Heydər Əliyev Mərkəzində İsmayıllı, Qobustan, Şamaxı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinə əsasən regionlarda yaşayan müəllimlərin qəbul imtahanlarının məzmununu təşkil edən materialların hazırlanması işində komissiya ilə sıx əməkdaşlığa cəlb olunmaları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişi, gənclərin xarici ölkələrdə təhsil imkanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər məsələlərlə bağlı müraciətlər etmişlər.
Bütün müraciətlər diqqətlə dinlənilmiş, bəzi məsələlər yerindəcə həll olunmuşdur. Bir sıra məsələlərin araşdırılaraq operativ surətdə həlli üçün konkret tapşırıqlar verilmişdir. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydiyyatı aparılmış, aidiyyəti üzrə müvafiq orqanlara çatdırılması üçün göstəriş verilmişdir.
Vətəndaşlar göstərilən diqqət və qayğıya, qəbul üçün yaradılmış şəraitə görə razılıqlarını bildirmişlər.

Keçidlər