Şriftin ölçüsü :

Saytın rəngi :

Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illik yubiley tədbiri keçirildi

20 may 2014 | 15:00

May ayının 19-da İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illik yubileyi  keçirildi. Tədbir yüksək səviyyəsi və təntənəsi ilə  fərqləndi. Bəhyəddin Mirzəyevin adına şəhərdə kiçik bir küçə vardı .Həmin küçə 7 saylı məktəbə qədər uzadıldı, tam asfaltlaşdırıldı, bütün kommunikasiya problemi həll edildi. Saat 16-da küçənin başlanğıcına vurulmuş Qəhrəmanın barelyefinin açılışı oldu. Tədbiri RİH başçısının muavini Sevil Əhmədova açdı. Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov, Bəhyəddin Mirzəyevin nəvəsi Ayaz Mirzəyev və yeni küçənin sakini , veteranlar şurasının sədri Abduləli Əliyev çıxış etdilər. Heydər Əliyev Mərkəzində yubiley tədbiri davam etdirildi.
Bəhyəddin Mirzəyev adına Sulut kənd  tam orta məktəbinin direktoru Xurşud Cəfərov və şəhər 4 saylı tam orta məktəbin müəllimi Rəna Mirzəliyeva çıxış edərək Bəhyəddin Mirzəyevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışdılar. Yubilyarın nəvəsi, tanınmış telejurnalist Ayaz Mirzəyev keçirilən tədbirə görə ölkə başçısına, rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir qısa konsert proqramı ilə yekunlaşdı.
Bəhyəddin Mirzəyevlə bağlı yubiley tədbiri 17 may tarixində adını daşıdığı Sulut kənd  tam orta məktəbində də qeyd olunmuşdur.

Keçidlər