Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl və ot biçini mövsümündə yanğın hallarının baş verməməsi ilə bağlı seminar-müşavirə keçirildi

22 may 2014 | 15:00

2014-cü ilin taxıl və ot biçini mövsümündə yanğın hallarının baş verməməsi üçün görüləcək təhlükəsizlik qaydalarının həyata keçirilməsi və taxıl biçininə hazırlıqla əlaqədar Rayon İcra Hakimiyyətində RİHB-nın İƏD üzrə nümayəndələrinin, aidiyyəti idarə və təşkilat rəhbərlərinin və mütəxəssislərin iştirakı ilə seminar-müşavirə keçirildi.
Müşavirədə RİHB-nın müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov məsələ ilə əlaqədar ətraflı çıxış etdi. O, taxıl yığımını mütəşəkkil başa çatdırmaq, yanğın hallarına yol verməmək üçün bütün imkan və vasitələri səfərbər etməyi bir vəzifə kimi qarşıya qoydu.
Tədbirdə həmçinin taxıl istehsalçılarına yanacaq və motor yağlarına görə dövlət büdcəsi hesabına yardımın verilməsi ilə əlaqədar müvafiq sənədlər kənd ərazi komissiya sədrlərinə paylanıldı.
Məsələ ilə əlaqədar toplantı iştirakçılarını maraqlandıran bir çox suallara cavab verildi.

Keçidlər