Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • “Ümummilli lider Heydər Əliyev - Gənclər Si...

    “Ümummilli lider Heydər Əliyev - Gənclər Siyasətinin uğurları” mövzusunda seminar-müşavirə keçirildi

    2014-04-24

    23 aprel 2014-cü il tarixində saat 11:00 –da İsmayıllı İsmayıllı Peşə Tədris Mərkəzinin akt zalında İsmayıllı rayon Gənclər və İdman idarəsinin, YAP İsmayıllı rayon təşkilatının, İsmayıllı Peşə Tədris Mərkəzinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev - Gənclər Siyasətinin uğurları” mövzusunda seminar-müşavirə keçirildi.

  • İsmayıllı şəhər 6 saylı tam orta məktəbin...

    İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 5 və 6 -cı sinif şagirdləri ilə məktəbyanı sahədə maarifləndirici tədbir keçirilmişdir.

    2014-04-23

    “EKO-Aləm” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Uşaqlarla, sağlam həyat tərzi keçirmələri üçün təşviqat kompaniyasının aparılması” layihəsi çərçivəsində İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 5 və 6 -cı sinif şagirdləri ilə məktəbyanı sahədə maarifləndirici tədbir keçirmişdir.

  • Təhsil naziri vətəndaşları qəbul etmişdir

    Təhsil naziri vətəndaşları qəbul etmişdir

    2014-04-22

    Aprelin 21-də Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun qəbulu keçirilmişdir. Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

  • Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olm...

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar dama yarışı keçirilmişdir.

    2014-04-20

    Rayon Mədəniyyət və Turizm şöbəsinin tərtib olunmuş tədbirlər planına uyğun olaraq İsmayıllı rayon Mədəniyyət işçiləri Həmkarlar Komitəsinin təşkilatçılığı ilə mədəniyyət işçiləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar dama yarışı keçirmişdir.

  • Gənclər və İdman naziri İsmayıllıda  vətə...

    Gənclər və İdman naziri İsmayıllıda vətəndaşları qəbul etmişdir

    2014-04-19

    18 aprel 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun qəbulu keçirildi. Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldığı qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından 40-a yaxın sakin iştirak etmişdir.

  • Beynəlxalq Abidələr və Tarixi Yerlər günü m...

    Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “açıq qapı”

    2014-04-19

    18 aprel 2014-cü il tarixdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “açıq qapı” günü elan edilmiş və Muzeyin zalında rayonun ziyalı təbəqəsi ilə geniş müşavirə təşkil olunmuşdur.

  • İsmayıllı rayonunun komandası Qubaya gedəcək

    İsmayıllı rayonunun komandası Qubaya gedəcək

    2014-04-19

    18 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Kürdəmir rayonunda Xəmsə milli intelektual oyununun zona yarışı keçirilib. Yarışda İsmayıllı da daxil olmaqla 6 rayondan 7 komanda iştirak edib. Gərgin keçən oyunda İsmayıllı rayonunun komandası II yerin qalibi olaraq may ayında Quba şəhərində keçiriləcək final oyununa vəsiqə qazanmışdır.

  • Əlifba bayramı keçirildi

    Əlifba bayramı keçirildi

    2014-04-19

    18 aprel 2014-cü il tarixdə A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbdə əlifba təlimini başa vuran şagirdlərin bayram tədbiri keçirildi. Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak edirdilər. Tədbirdə şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi, səhnəciklər göstərildi.

  • İsmayıllıda cari ilin birinci rübünün sosial...

    İsmayıllıda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları geniş müzakirə olunmuşdur

    2014-04-17

    İsmayıllı rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

  • Peşəkar karateçilərimiz Portuqaliyada qələb...

    Peşəkar karateçilərimiz Portuqaliyada qələbə qazandılar

    2014-04-15

    Qalib idmançıların arasında İsmayıllıdan olan idmançımız Vusal Abdullazadə (karate-do semi kontakt 67 kq, 18-35 yaş) gümüş medal qazanıb.

  • “Dövlət və din: milli-mənəvi və ənənəvi...

    “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması”

    2014-04-13

    İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun dini icmalarının sədrləri, din xadimləi, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda iki günlük konfrans keçirilmişdir.

  • Zona birinciliyi keçirildi

    Zona birinciliyi keçirildi

    2014-04-12

    11 aprel 2014-cü il tarixdə İsmayıllı şəhər 3 saylı tam orta məktəbin idman bazasında "Vətənin Müdafiəsinə Haziram" poliatlon çoxnövçülüyünün zona birinciliyi keçirildi. Zona birinciliyində İsmayıllı, Şəki, Oğuz, Qəbələ və Qax rayonunun komandaları iştirak edirdi.

  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 9...

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir

    2014-04-11

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə aprel ayının 9-da və 10-da ağacəkmə aksiyası həyata keçirilmişdir. Aksiya ilə əlaqədar iki gün ərzində 9100 ədəd ağac əkilmişdir.

  • 2014-cü il respublika fənn olimpiadalarının n...

    2014-cü il respublika fənn olimpiadalarının nəticələri elan olundu

    2014-04-11

    Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə kecirilmiş məktəblilərin fənn olimpiadalarının başa catdığını nəzərə alaraq, nəticələrin elan edilməsi və qaliblərinin rəğbətləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq 10 aprel 2014-cu il tarixli 416 nömrəli əmr imzalamışdır.

  • Şəhid   Cəlal  Rüstəmovun  doğum günü qeyd...

    Şəhid Cəlal Rüstəmovun doğum günü qeyd edildi.

    2014-04-10

    Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Rüstəmov Cəlal Abdulhəkim oğlunun aprelin 9-da İsmayıllı şəhərində onun adına salınmış bulaq-abidə önündə doğum günü qeyd olunmuşdur.

  • Onlayn olimpiada ilə bağlı dəyirmi masa

    Onlayn olimpiada ilə bağlı dəyirmi masa

    2014-04-10

    9 aprel 2014-cü il tarixdə Rayon Gənclər və İdman idarəsi Təhsil şöbəsi ilə birgə “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində II Respublika olimpiadasının onlayn mərhələsinin kecirilməsi barədə dəyirmi masa təşkil etmişdir.

  • Voleybol üzrə məktəb komandaları arasında ra...

    Voleybol üzrə məktəb komandaları arasında rayon birinciliyi keçirilmişdir.

    2014-04-09

    08 aprel 2014-cü il tarixdə saat 10:00 da şəhər 3 saylı tam orta məktəbin idman bazasında Ümummilli lider H.Əliyevin 91 illiyinə həsr olunmuş voleybol üzrə məktəb komandaları arasında rayon birinciliyi keçirilmişdir.

  • Talıstan və Diyallı  kənd sakinləri ilə səy...

    Talıstan və Diyallı kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilib

    2014-04-09

    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun Talıstan və Diyallı kənd sakinləri ilə görüş-qəbul keçirib.

  • Təhsil işçiləri şahmat yarışında gücləri...

    Təhsil işçiləri şahmat yarışında güclərini sınadılar

    2014-04-06

    İsmayıllı rayon Təhsil Şöbəsi və TİAHİ rayon Komitəsinin birgə qərarı ilə rayonun təhsil müəssisələrində şalışan və şahmat oyununa maraq göstərən müəllimlər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilmişdir. Yarışda 35 nəfərdən çox bu qədim intellektual oyuna maraq göstərən təhsil işçiləri öz güclərini sınamışlar.

  • Gənclərin çağrışaqədərki fənn müəlliml...

    Gənclərin çağrışaqədərki fənn müəllimlərin seminarı keçirildi

    2014-04-06

    5 aprel 2014-cü il tarixdə İsmayıllı rayon Təhsil şöbəsində gənclərin çağrışaqədərki fənn müəllimlərin seminarı keçirildi. Tədbiri giriş sözü ilə Rayon Təhsil şöbəsinin müdiri R.Orucov acdı. Seminarda daha sonar Rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov, şəhər 1, 3, 4, 5, 6 saylı və Təzəkənd kənd tam orta məktəbin gənclərin çağırışaqədərki fənn müəllimləri çıxış etdilər.

  • Tibbi müayinənin nəticələri geniş müzakirə...

    Tibbi müayinənin nəticələri geniş müzakirə edilmişdir

    2014-04-05

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sağlam həyat tərzinin formalaşdırılması, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq ölkə rəhbəri Respublikada bütün əhali qruplarının tibbi müayinədən keçirilməsi tapşırığını vermişdir. Müayinə 2014-cü il fevralın 17-dən başlayaraq may ayının 1-dək davam etdiriləcəkdir.

  • Şəhər 2 saylı tam orta məktəbdə yubiley tə...

    Şəhər 2 saylı tam orta məktəbdə yubiley tədbiri keçirildi

    2014-04-05

    4 aprel 2014-cü il tarixdə Şəhər 2 saylı tam orta məktəbdə Azərbaycanın xalq şairi Nigar Rəfibəyliyinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Şagirdlər N.Rəfibəylinin həyat və yardıcılığı haqqında məlumat verib, onun şeirlərindən nümünələr və şeirlərinə bəstələnmiş mahnılar səsləndirdilər.

  • "ŞAHİN" Hərbi- İdman oyunlarının r...

    "ŞAHİN" Hərbi- İdman oyunlarının rayon birinciliyi keçirilib

    2014-04-04

    Bu gün İsmayıllı rayon Gənclər və İdman İdarəsi təhsil şöbəsi ilə birlikdə "ŞAHİN" Hərbi- İdman oyunlarının rayon birinciliyini keçirildi.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonu ilə bağlı sərəncam imzaladı

    2014-04-03

    İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  • Rayon Baytarlıq Dioqnostika Kabinetində iclas ke...

    Rayon Baytarlıq Dioqnostika Kabinetində iclas keçirilmişdir

    2014-04-02

    1 aprel 2014-cü il tarixində Rayon Baytarlıq Dioqnostika Kabinetində ilin ötən dövrü ərzində rayonda mal-qaranın süni mayalanması tədbirlərinin aparılması vəziyyəti və qarşıda duran problemlər geniş müzakirə edilmişdir.

əvvəlki [53] növbəti