Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları davam edir

24 may 2014 | 15:00

Şəhərin “Qala divarları” önündə 23 may 2014-cü il tarixdə  kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edildi. Rayonun fermerlərinin, eləcə də Nikitin adına kolxozun istehsal etdiyi məhsullardan ibarət keçirilən yarmarka əhali tərəfindən rəğbətlə qarşılandı. Ət, bal, süd və süd məhsulları, meyvə-tərəvəz, taxıl, noxud və digər məhsullar bazar qiymətindən ən azı 30-35 faiz aşağı qiymətə satıldı.
Rayon İcra Hakimiyyətinin təşkil etdiyi yarmarka 2 gün davam edəcək.

Keçidlər