Şriftin ölçüsü :

Saytın rəngi :

Demokratik Cümhuriyyətin 96 illiyi

28 may 2014 | 15:00

İsmayıllı rayon İcra Hakimiyyəti tarixi günləri, milli bayramları bir qayda olaraq yüksək səviyyədə, məna və mahiyyətinə uyğun keçirir. 28 may Respublika günü də belə tarixi əhəmiyyət kəsb edən, millətə şərəf gətirən, xatirələrdə əbədiləşən müstəqillik və azadlıq yoluna işıq saçan günlərdən biridir. Elə buna görədir ki, ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 28 may 1918-ci ildə qazanılan azadlıq və müstəqilliyə əbədilik və dönməzlik xarakteri vermişdir.
Rayon İcra Hakimiyyətinin Azərbaycan Demokratik Cümhuriyyətinin 96-cı ilinə həsr etdiyi təntənəli tədbirdə bütün bunlardan ətraflı danışılmışdır.
Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov Cümhuriyyətin yaranması tarixi, sonrakı bəhrələri barədə məruzə etmiş, qədim Basqal qəsəbəsi üzrə icra nümayəndəsi Novruz Əsədovun, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Sevda Qasımovanın çıxışları dinlənilmişdir.
Qurbanəfəndi kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Xavər Allahverdiyeva çıxışında tarixiliyi müasirliklə vəhdətdə götürdü. Azadlıq mücadilələrinin arzu və istəklərinin bu günkü Azərbaycanda yüksək səviyyədə, dövlət siyasətinin əsası olaraq reallaşdığını aydın şərh etdi. Respublika Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada təsdiqini tapan siyasəti nəticəsində ölkənin nüfuzunun durmadan artmasından, Azərbaycanın sosial-iqtisadi inkişaf sürəti baxımından bir çox ölkələr üçün nümunəyə çevrildiyindən, rayonda gedən abadlıq, quruculuq, tikinti işlərinin yeni fürsət almasından danışdı.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Demokratik Cümhuriyyətin yaranmasından, fəaliyyətindən, onun xalqımıza bəxş etdiyi müstəqillikdən, millətimizə gətirdiyi baş ucalığından elmi səviyyədə tarixi faktlara əsaslanaraq nitq söylədi.
Müasir Azərbaycanın sürətli inkişafından, cənab Prezident İlham Əliyevin xalqının, ölkəsinin yüksəlişi üçün həyata keçirdiyi səmərəli tədbirlərdən fəxr və qürur hissi ilə bəhs etdi.
Azərbaycan Dövlət himni ilə açılan təntənəli yığıncaq sürəkli alqışlar altında sona çatdı.

Keçidlər