Şriftin ölçüsü :

Saytın rəngi :

Kərpic zavodunun yenidənqurmadan sonra açılışı

29 may 2014 | 15:00

İsmayıllı rayonuna 14 avqust 2013-cü il tarixdə səfər edən Azəraycan Respublikasının prezidenti İlham Əliyev görülən işlərdən razı qalmış, bölgənin sosial-iqtisadi həyatının daha da sürətli inkişafı üçün çox vacib tapşırıq və tövsiyyələr vermişdir. Onlar rayon rəhbərliyi tərəfindən müvəffəqiyyətlə, əhalinin maraqları və yeni iş yerlərinə olan ehtiyac nəzərə alınmaqla həyata keçirilir, layihələr reallığa çevrilir. Respublikada ilk belə müəssisə olacaq velosiped zavodunun tikintisinə başlanmışdır. Burada 300 nəfər fəhlə və mühəndis-texniki işçi çalışacaq.
  Həm işəgötürənlərin, həm də işləmək istəyənlərin istəklərinə uyğun olan yenidənqurma və asaslı təmirdən sonra istifadəyə verilən “Raqib-FK” kərpic zavodudur. Bu müəssisə İsmayıllı şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilən kərpic zavodu müasir texnologiya əsasında yenidən qurulmuşdur. Əvvəllər mazutla işlədiyi üçün buraxılan kərpicin maya dəyəri yüksək olurdu. İndi buraya 12,5 km məsafədən qaz kəməri çəkilib. Zavodun istehsal gücü ildə 15 milyon ədəd 45 növ kərpic olacaqdır. İstehsalda üstünlük blok kərpiclərə veriləcək. Yeni müəssisədə Çexiya, Rusiya və Türkiyədən alınan avadanlıqlar quraşdırılmışdır.
  Yenidənqurma və asaslı təmirdən əvvəl “Raqib-FK” ildə 3 milyon kərpic istehsal edirdisə, müasir texnologiya əsasında işləyəcək zavod qeyd olunduğu kimi 15 milyonadək kərpic istehsal etmək gücünə qadirdir. 90 nəfərə qədər fəhlə və texniki işçinin çalışmağa başladığı müəssisə az zamanda işçilərin sayını 120 nəfərə çatdıracaq. Məhsulun istehsalı və keyfiyyəti daxili bazarlarda istehlakçıların tələbatına uyğunlaşdırılmışdır.
  28 may 2014-cü il tarixdə  rayon ictimaiyyətinin bütün qruplarının nümayəndələrinin, gənclərin, ağsaqqalların, veteranların kütləvi iştirakı ilə yenidənqurma və əsaslı təmirdən sonra kərpic zavodunun açılışı olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı, mövcud və prosesdə yaranan problemlərin həllində özəl sektor nümayəndələrinə yardımçı olan, layihənin ideya müəllifi  Mirdaməd Sadıqov açılışda çıxış etmiş, iş adamlarına xeyir dua vermiş, rayonda sənaye müəssisələrinin artacağını xüsusilə vurğulamışdır.
  Respublikada tanınmış iş adamı, zavodun sahibi Fəxrəddin Baxışov çıxış edərək ölkə rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlığını bildirmiş, Rayon İcra Hakimiyyətinə qarşılıqlı əməkdaşlıq üçün təşəkkür etmişdir.
  Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iştirakçılar adından yekdilliklə müraciət qəbul edilmişdir.

Keçidlər