Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • 18 may Beynəlxalq Muzeylər günüdür

    18 may Beynəlxalq Muzeylər günüdür

    2014-05-17

    Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək devizi ilə keçirilir. Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır.

  • “Ailə bayramı” cəmiyyətin sevgi və məhə...

    “Ailə bayramı” cəmiyyətin sevgi və məhəbbətin təntənəsi oldu.

    2014-05-16

    15 may 2014-cü il tarixdə Beynəlxalq Ailə günü münasibətilə “Röya” şadlıq evində rayon İcra Hakimiyyətinin uşaqlara və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə sevgi və məhəbbətin, səmimiyyət və mehribanlığın, dövlət qayğısı və diqqətinin təntənəsi olan ailə bayramı keçirildi. Bu bayram qəliblərdən, çərçivələrdən kənar idi. Hamı qəlbən sevinirdi. Hamı səadətə, xoşbəxtliyə çatdığı üçün daha firavan həyata qovuşduğu üçün dövlətimizə, cənab Prezident İlham Əliyevə minnətdar olaraq tədbirdə iştirak edirdi.

  • Respublikanın hərbi lisey və ali hərbi məktə...

    Respublikanın hərbi lisey və ali hərbi məktəblərinə qəbul olunmaq istəyən yeniyetmə və gənclərlə görüş

    2014-05-16

    15 may 2014-cü il tarixdə hərbi liseylərə və ali hərbi məktəblərə qəbul olmaq istəyən yeniyetmə və gənclərlə RİH-nin və rayon tehsil şöbəsinin görüşü keçrildi.Tədbiri giriş sozü ilə RİH-nin başçısı cənab Mirdaməd Sadıqov açdı. O, Azərbaycan Respublikasının iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətli bir ölkə olduğunu diqqətə çatdırdı.Ölkəmizin hərbi potensialının ildən-ilə artığını vurğuladı.

  • İsmayıllıda “Gül bayramı”

    İsmayıllıda “Gül bayramı”

    2014-05-11

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonda zəngin forma və məzmunda, geniş miqyaslı, elmi-publisistik bədii əsaslara söykənən, ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. 10 may 2014-cü ildə keçirilən “Gül bayramı” bu tədbirlərin zirvəsi olmuşdur.

  • Veteranlar təbrik edildi

    Veteranlar təbrik edildi

    2014-05-10

    Böyük Vətən müharibəsindən, alman faşizmi üzərində qələbədən 69 il keçir. Müharibə iştirakçılarına İsmayıllı rayonunda həmişə böyük qayğı və diqqət göstərilir. Rayon İcra Hakimiyyəti digər əlaqədar təşkilatlar ilə birlikdə Böyük Vətən müharibəsi veteranlarının problemlərinin həllinə, onların müalicəsinin təşkilinə yaxından köməklik göstərir.

  • Velosiped zavodunun tikintisinə baxış keçirild...

    Velosiped zavodunun tikintisinə baxış keçirildi

    2014-05-10

    İsmayıllı rayonunda Respublika Velosiped Fedarasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosiped Federasiyasının nümayəndəsi Roland Hofer, Bolqarıstan velosiped istehsalı ilə məşğul olan zavodun direktoru Draqomir Ruzov və rayon ictimayətinin nümayəndələrinin iştirakı ilə ölkəmizdə ilk velosiped zavodunun tikintisinə baxış keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hazırkı mərhələdə qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, regionlarda sənaye potensialının gücləndirilməsinin zəruri olduğunu bildirib.

  • 8 may 2014-cü il tarixdə  "Tour d'Azerbaidj...

    8 may 2014-cü il tarixdə "Tour d'Azerbaidjan-2014" veloyürüşünün ikinci mərhələsi keçirilib.

    2014-05-09

    Trend-in məlumatına görə, 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər və İsmayıllı rayonunadək 187 km məsafə qət ediblər. Mərhələnin qalibi İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın "Adria Mobil" komandasının üzvü Primoz Roqliç keçib - 4 saat, 55 dəqiqə, 2 saniyə. Ondan 1 saniyə geri qalan avstaliyalı Uilyam Klark ("Drapak Professional Cycling") 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato ("Neri Sottoli") isə 3-cü olub.

  • Böyük Vətən  müharibəsi veteranı ilə gör...

    Böyük Vətən müharibəsi veteranı ilə görüş keçirildi.

    2014-05-09

    8 may 2014 –cü il tarixdə İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri Böyük Vətən müharibəsi veteranı Məsimov Səttar Hacıbaba oğlunun görüşünə gedərək , onu Qələbə bayramı münasibəti ilə təbrik etdilər. Çox səmimi qarşılanan müəllimlər və şagirdlər onun müharibə illərinə aid xatirələrini dinlədilər.

  • Böyük Vətən müharibəsi veteranı ilə görü...

    Böyük Vətən müharibəsi veteranı ilə görüş keçirildi

    2014-05-09

    8 may 2014-cü il tarixdə İsmayıllı rayon Hacıhətəmli kənd tam orta məktəbin bir qrup müəllim və şagirdi Böyük Vətən müharibəsi veteranları ilə görüşə gedərək, onları Qələbə bayramı münasibəti ilə təbrik etdilər. Çox səmimi qarşılanan müəllimlər və şagirdlər veteranların müharibə illərinə aid xatirələrini dinlədilər. Görüşdə məktəbin direktoru Nazim Ağakişiyev, müəllimlər iştirak edirdilər. N.Ağakişiyev məktəbimizdə aparılan hərbi vətənpərvərlik işlərindən söhbət açdı. O, bugünkü nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini qeyd etdi.

  • 2 saylı tam orta məktəbində

    2 saylı tam orta məktəbində

    2014-05-08

    7 may 2014-cü il tarixdə A.Aslanov adına 2 saylı tam orta məktəbində Müstəqil Azərbaycan Dövlətinin qurucusu, ümummulli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi.

  • Basqal qəsəbə tam orta məktəbində yubiley t...

    Basqal qəsəbə tam orta məktəbində yubiley tədbiri

    2014-05-08

    7 may 2014-cü il tarixdə Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbi ilə birlikdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirmişdir.

  • Soltankənd kənd  tam orta məktəbində  yubiley...

    Soltankənd kənd tam orta məktəbində yubiley tədbiri

    2014-05-08

    5 may 2014-cü il tarixdə Soltankənd kənd tam orta məktəbində, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabovanın iştirakı ilə Müstəqil Azərbaycan Dövlətinin qurucusu, ümummulli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilib.

  • "Mən Azərbaycanlıyam" intelektual oyn...

    "Mən Azərbaycanlıyam" intelektual oynunda İsmayıllı intellektualları mübarizə aparıb

    2014-05-08

    Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyi və “Aztv” televiziyasının birgə layihəsi olan "Mən Azərbaycanlıyam" intelektual oynunda İsmayıllı intellektualları mübarizə aparıb

  • İsmayıllı gəncləri Ulu öndərin məzarını ...

    İsmayıllı gəncləri Ulu öndərin məzarını ziyarət edib

    2014-05-08

    Heydər Əliyev ideyaları ilə silahlanan Azərbaycan gəncliyi ulu öndərin anadan olmasının 91 illiyi ilə əlaqədar məzmun və formaca zəngin olan tədbirlər keçirir. İsmayıllı rayon Gənclər və İdman idarəsi bu tədbirlərin davamı olaraq bir qrup gəncin Fəxri Xiyabana gedişini və ulu öndərin müqəddəs məzarını ziyarətini təşkil etmişdir.

  • Qaraqaya kənd ümumi  orta məktəbində yubiley ...

    Qaraqaya kənd ümumi orta məktəbində yubiley tədbiri

    2014-05-08

    H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

  • Azərbaycan xalqının ümummilli lideri Heydər ...

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib

    2014-05-08

    Mayın 3-dən 7-dək Mədəniyyət və Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edib.

  • Bir daha inandılar ki, Şuşaya  qayıdacaqlar

    Bir daha inandılar ki, Şuşaya qayıdacaqlar

    2014-05-08

    May ayının 7-də Təhsil şöbəsinin akt zalında Şuşanın işğalı gününün bir daha yaddaşlarda möhkəmləndirilməsi, insanların döyüş ruhunun güclənməsi məqsədilə həmin rayondan olan məcburi köçkünlərlə rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin görüşü keçirildi.

  • Elmi-praktik konfrans keçiriib

    Elmi-praktik konfrans keçiriib

    2014-05-08

    7 may 2014-cü il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ilə bağlı keçirilən elmi-praktik konfransda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, Rayon Təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərin direktorları, müəllimləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqəsinin qalibi olan şagirdlər iştirak ediblər.

  • Ивановьцы с блогадарностью...

    Ивановьцы с блогадарностью выспоминают Общенационального Лидера Гейдара Алиева

    2014-05-07

    6-го мая 2014 года в с.Ивановка состоялся торжественный митинг, посвящённый 91-ой годовщине со дня рождения Общенационального Лидера Гейдара Алиевича Алиева. Митинг открыл заместитель председателя колхоза им.Никитина Дубровин Н.Н. Завуч Ивановской средней школы Жабина А.В ввела краткий исторический экскурс по биографии и жизнедеятельности Г.Алиева. Ученик 10 класса Скоков.А.В прочитал стихотворение о Г.Алиеве, написанное выпускницей Ивановской средней школы Минниковой Е.Т. Были возложены цветы к памятнику Общенационального Лидера Г.Алиева.

  • Kürdmaşı  kəndində Ümummilli liderin anadan ...

    Kürdmaşı kəndində Ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

    2014-05-07

    06 aprel 2014-cü il tarixdə Kürdmaşı İnzibati Ərazi Dairəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar məktəb, icra nümayəndəliyi və bələdiyyənin birgə tədbiri keçirilmişdir. Tədbirdə kənd sakinləri, vaxtilə ümummilli liderlə görüşmüş insanlar, məktəbli gənclər iştirak etmişdir.

  • UŞAQ -GƏNCLƏR İDMAN MƏKTƏBİNİN FUTBOL KOMA...

    UŞAQ -GƏNCLƏR İDMAN MƏKTƏBİNİN FUTBOL KOMANDASI III YERƏ LAYİQ GÖRÜLMÜŞDÜR

    2014-05-07

    02-06.05.2014-cü il tarixlərdə Bakı şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş futbol üzrə respublika turniri keçirilmişdir. Turnirdə İsmayıllı rayon uşaq-gənclər idman məktəbinin futbol komandası iştirak edərək III yerə layiq görülmüşdür.

  • Ümummilli liderin şərəfli adına layiq konfran...

    Ümummilli liderin şərəfli adına layiq konfrans

    2014-05-06

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük dəyər verdiyi, mübarək səfərləri ilə şərəfləndirdiyi İsmayıllı onun anadan olmasının 91-ci ildönümü ilə əlaqədar forma və məzmunca fərqlənən tədbirlər həyata keçirir. Bu tədbirlər bütün yaşayış məntəqələrini, təhsil müəssisələrini, dövlət gənclər və idman siyasətini, qadın siyasətini, sosial-iqtisadi inkişafın bütün istiqamətlərini əhatə edir. Belə maraqlı tədbirlərdən biri də may ayının 5-də İsmayıllı Rayon İcra Hakimiyyətinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə keçirdiyi elmi-praktiki konfrans olmuşdur. Öncə ümummilli liderin abidəsi önünə gül dəstələri qoyulmuşdur.

  • Azərbaycan  Qızıl Aypara cəmiyyəti böyük u...

    Azərbaycan Qızıl Aypara cəmiyyəti böyük uğurlara imza atmışdır.

    2014-05-06

    May ayının 5-də Cəmiyyətin İsmayıllı Rayon İcra Hakimiyyəti ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirmişdir.

  • 3 saylı uşaq bağçasında yubiley tədbir

    3 saylı uşaq bağçasında yubiley tədbir

    2014-05-06

    May ayının 5-də 3 saylı uşaq bağçasında Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Ceyran Ağayeva, Mahir Ağayev, Xəyalə Bədəlovanın təşkilatçılığı ilə İsmayıllı Uşaq İncəsənət məktəbinin şagirdləri müsiqi nömrələri ifa etdilər. Bağçanın fidanları da Ulu öndərə aid şer və mahnılar səsləndirdilər.

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasın...

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir.

    2014-05-05

    İsmayıllı rayon Olimpiya İdman Kompleksində İsmayıllı rayon Gənlər və İdman idarəsi, Olimpiya İdman Kompleksi və Gənlərin antinakomaniya İB-nin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə 2000-2002-ci il və 2003-2005 -ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir.

əvvəlki [54] növbəti