Şriftin ölçüsü :

Saytın rəngi :

“Türk dünyası şairləri antologiyası” kitabının təqdimat mərasimi keçirildi

05 iyun 2014 | 15:00

May ayının 4-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində çox maraqlı bir tədbir həyata vəsiqə aldı. Dərs ilinin sona çatması ilə əlaqədar kollecdə “Azərbaycan poeziyası” adlı ədəbi-bədii tədbir və Türkiyədə  nəşr olunmuş, İsmayıllı şair və  yazarlarının da əsərləri  çap olunmuş “Türk dünyası şairləri antologiyası” kitabının təqdimat mərasimi keçirildi.
Peşə tədris Mərkəzinin akt zalında  keçirilən tədbirə 250 nəfərdən  yuxarı  müəllim, tələbə və ictimaiyyət nümayəndələri toplaşmışdı. Zal bayramsayağı bəzədilmiş, şamlar yandırılmışdı. Əsrləri topluda çap olunan şairlərin  kitablarından ibarət sərgiyə yeni nəşr olunmuş antalogiya nüsxələri də əlavə olunmuşdu.
Tədbiri giriş sözü ilə kollecin direktoru, iqtisad elmləri doktoru, professor Rəsul Balayev açdı, iştirakçıları, qonaq qismində dəvət olunan  yazarları salamladı. Dərs ilinin uğurla başa çatması münasibətlə müəllim və tələbələri təbrik etdi.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, kollecin direktor müavini Sevda Qasımova “Türk dünyası şairləri antologiyası” kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Kitabın məziyətləri barədə danışdı. Antologiyanın Antaliyanın Sənət Kültür və ədəbiyyat dərnəyi  və Sahil kitab  yayınları tərəfindən hazırlandığını bildirdi.
Səhnə aparıcıların ixtiyarına verildi. Klassik, orta əsr, yeni dövr və çağdaş ədəbiyyatımızdan nümunələr təqdim olundu. İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” ansamblının solistlərinin ifasında mahnılar səsləndirildi.
“Türk dünyası şairləri antologiyası”nda şerləri çap olunmuş şair Musa Yaqub, Şahməmməd Dağlaroğlu, Murad Məhərrəmov, Xalıq Yusifoğlu çıxış edərək tədbirin təşkilinə və kitabın təqdimatına  görə Rayon İcra Hakimiyyətinə, kollecin rəhbərliyinə, müəllim və tələbə heyətinə öz minnətdarlıqlarını bildirdilər.
Müəlliflərə “Türk dünyası şairləri antologiyası” və çiçək dəstələri təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər