Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbacan gənclərinin 7-ci forumu keçirildi

05 iyun 2014 | 15:00

02-03 iyun tarixlərində Heydər Əliyev Sarayında Azərbacan gənclərinin 7-ci forumu keçirildi. Gənclər və İdman Nazirliyinin Heydər Əliyev Sarayında təşkil etdiyi forumda 80-dən artıq rayondan 1140 ümayəndə iştirak edirdi. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin 7-ci forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumda çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan gənclərinin ilk forumu 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Prezident İlham Əliyev tərəfindən davam etdirilən  dövlət gənclər siyasəti ardıcıl və davamlı şəkildə aparılır. Hazırda ölkəmizdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”  Dövlət Proqramı uğurla davam etdirilir.
Digər çıxış edənlər də forumun əhəmiyyətindən danışdılar. Bildirdilər ki, forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünə layiq yer tutaraq dövlətin gənc nəslinin hərtərəfli inkişafına yönələn strategiyasına təkan verib.  Gənclər isə öz növbəsində Forum çərçivəsində qeyri hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi digər mühüm məsələləri müzakirə etdiklərini diqqətə çatdırıblar.
Sonra ötən dövr ərzində görülən işləri əks etdirən, hesabat xarakterli film göstərilib. Forum çərçivəsində gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, onların ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında rolu, habelə gənclərin sahibkarlıq fəaliyyətlərinin inkişafı, yaradıcı gənclərə dəstək kimi mühüm məsələlər müzakirə olunmuşdur.
İsmayıllı rayonunu Forumda 11 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.

Keçidlər