Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıhətəmli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilib

08 iyun 2014 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Hacıhətəmli  kənd sakinləri ilə görüş-qəbul keçirib.
Görüş-qəbulda İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident  İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söz açıb. Rayonda və kəndlərdə  görülmüş və görüləcək işlər barədə kənd sakinlərinə məlumat verib.
Kənd sakinləri ölkə Prezidentinin rayonumuza göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər. Eyni  zamanda ümumilikdə kəndin və şəxsi problemlərini dilə gətiriblər.  M.Sadıqov  deyilən problemlərlə əlaqədar aidiyyəti şəxslərə tapşırıqlar verib.

Keçidlər