Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq Əyləncəli Futbol Məktəbləri”–nin rəhbərləri üçün seminarlar keçirildi

08 iyun 2014 | 15:00

2014-cü il in avqust ayından etibarən İsmayıllı rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” açılacaqdır. Bu məqsədlə Azərbaycan Futbol Federasiyaları Assosasiyası Açıq Əyləncəli Futbol məktəblərinin Azərbaycan üzrə Koordinatoru Kərim Ağayev tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova müraciət edilmiş və həmin müraciətə əsasən rayonumuzdan bir nəfər nümayəndə - Taleh Məhərrəmov 03-06 iyun 2014-cü il tarixlərdə Gürcüstan Respublikasının Zuqdidi şəhərində “Açıq Əyləncəli Futbol Məktəbləri” –nin rəhbərləri üçün keçirilmiş seminarlarda iştirak etmişdir. Ümumilikdə seminarda respublikamızı 20 nəfər nümayəndə təmsil etmişdir. Seminarlar iki hissədən ibarət olaraq keçirilirdi: nəzəriyyə və praktika. Nəzəriyyə konfrans zalında, praktika isə meydançalarda . 3 nəzəriyyə keçirildi: “Məna və Məğz”, “Yunan şablonları” və “Yaranma”. Seminarlarda nəzəriyyə və praktika ilə yanaşı Müsahibə, logo 2 və “Baş, ürək və ayaq” mövzularında  dəsrlər də keçirildi.
Nümayəndəmiz seminarda öyrəndiyi bilikləri açılacaq məktəbdə gənclərə öyrədəcəkdir.

Keçidlər