Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 5 saylı tam orta məktəbdə görüş

13 iyun 2014 | 15:00

İyun ayının 12-də Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəhər 5 saylı tam orta məktəbin pedoqoji kollektivi ilə çox maraqlı və məzmunlu görüş keçirdi. Keçirilən görüşdə M.Sadıqov təhsilimizin qarşısında duran vacib məsələlərdən, qazanılan uğurlardan və rayon təhsilinin inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən söz açdı.
Məktəbin müəllimləri Sevinc Mirzəyeva, Vüsalə Məmmədova, Elmira Məmmədova, Yasəmən Ağayeva, Nərgiz Cərullayeva bir sıra təkliflər irəli sürdülər, həyata keçirmək istədikləri layihələrdən söz açdılar.
Sonda Məktəbin direktoru Elçin Məmmədov səmimi görüşə görə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova öz minnətdarlığını bildirdi, bu cür görüşlərin çox əhəmiyyətli olduğunu diqqətə çatdırdı.

Keçidlər