Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günüdür.

26 iyun 2014 | 15:00

25 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində 26 İyun Narkomaniyaya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamla təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı”nın icrası ilə əlaqədar hər bir bölgədə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
“Gənclərin Antinarkomaniya” İctimai Birliyinin sədri Qüdrət Kazımov öz çıxışında Azərbaycanda narkotiklərlə bağlı vəziyyət haqqında illik hesabatı tədbir iştirakçılarının nəzərinə çatdıraraq çalışdığı Birliyin narkomanlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi bir sıra tədbirlər haqqında məlumat verdi. Sonra Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının 5-ci mərhələsinə həsr olunmuş film izlənildidi.
Rayon Polis şöbəsininnin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Vahid Məhərrəmov narkomaniyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanlarının fəaliyyət mexanizmi haqqında çıxış etdi. O, bu sahədə RPŞ-nin həyata keçirdiyi bir sıra uğurlu tədbirlər haqqında məlumat verərək hər kəsi narkomaniyaya qarşı mübarizədə birgə əməkdaşlığa dəvət etdi.
Rayon Məhkəməsinin əməkdaşı Vilayət Babayev çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə məhkəmə təcrübəsi barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Rayon Təhsil şöbəsinin metodisti Rəşid Məmmədov əsrin bəlasına çevrilmiş narkomaniya və onun fəsadları haqqında çıxış edərək bildirdi ki, narkomaniyaya qarşı mübarizədə hər bir kəs səylə çalışmalıdır.
Cüdo üzrə rayon yığma komandasının məşqçisi Əkbər Şəfaqətov çıxış edərək hər bir gənci zərərli vərdişlərdən uzaq durmağa, fiziki və mənəvi cəhətdən sağlam olmağa dəvət etdi.

Keçidlər