Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr günü ümumxalq bayramı, milli qürur günü kimi qeyd edilir.

27 iyun 2014 | 15:00

26 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü qeyd edilib.
       İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, sonra mərkəzə-dəyirmi masa arxasına gəliblər. İştirakçılar sırasında ikinci dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri, məktəblərin hərbi xidmətəqədərki fənn müəllimləri, istefada olan hərbiçilər çoxluq təşkil edirdilər.
      Bayram tədbirini geniş və məzmunlu giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğundan, Azərbaycanın xilaskarı kimi qlobal fəaliyyətindən, cənab Prezident İlham Əliyevin qüdrətli, mübariz, döyüşə hazır ordu yaratmasından, hərbi sənayenin təşkili və təkmilləşdirilməsini dünya standartlarına çatdırmasından ətraflı danışdı.
      Qeyd etdi ki, azad və müstəqil dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün əsil vətənpərvər gənclər, vətənsevər insanlar yetişdirməliyik.
       RİH-nin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmiş həmyerlimiz, Tircan kəndinin yetirməsi Kazımov Vasif  Ramiz oğlunu ürəkdən təbrik etdi və İsmayıllı ictimaiyyəti adından ona teleqram ünvanladı. Bütün iştirakçılar bu mübarək sərəncama görə ölkə rəhbərinə minnətdarlıq etdilər, ünvanına sürəkli alqışlar göndərdilər.
        Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov Silahlı Qüvvələrin yaranması mövzusunda çıxış etdi.
         Veteranlar Şurasının sədri Abduləli Əliyev, QMƏVŞA  İctimai Birliyi  rayon şöbəsinin sədr müavini Kamil Dadaşov, 4 saylı məktəbin müəllimi, Qarabağ müharibəsi əlili Azər Şahalıyev çıxış etdilər.
           İkinci Dünya müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə, hərbi işçilərə, hərbi fənn müəllimlərinə fəxri fərmanlar, hədiyyələr, pul mükafatları verildi.
          Heydər Əliyev Mərkəzinin  qarşısında konsert oldu.

Keçidlər