Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Yaponiya səfirliyinin yeni qrant layihəsi

    Yaponiya səfirliyinin yeni qrant layihəsi

    2014-09-15

    Ümumi dəyəri 103,088 dollar olan, “İsmayıllının Gəraybəyli kəndində tibb məntəqəsinin inşası” layihəsi üzrə qrant müqaviləsini Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi və Azərbaycan tərəfindən “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Rafiq İsmayılov imzaladılar.

  • Rayonun fəal gəncləri gəzintidə

    Rayonun fəal gəncləri gəzintidə

    2014-09-14

    13.09.2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun ictimai-siyasi həyatında fərqlənən gəncləri Qəbələ rayonuna gəzintiyə getmişlər.

  • Yaponiyanın nümayəndə heyəti İsmayıllıda

    Yaponiyanın nümayəndə heyəti İsmayıllıda

    2014-09-12

    Yaponiya dövlətinin azərbaycandakı səfirliyi vasitəsilə İsmayıllıda layihələr həyata keçirməsi 2004-cü ildən Ruşan kəndində məktəb tikintisi ilə başlanmışdır. Sonrakı illərdə Qalacıq kəndində həkim məntəqəsi, Basqal qəsəbəsində kəlağayı istehsalı müəssisəsi, Buynuz kəndində məktəb, Quşencə ərazisində məişət tullantıları poliqonu və uşaq bağçası, İvanovka xəstəxanası üçün doğum şöbəsi , Lahıc qəsəbəsində 400 tonluq su anbarı və kanalizasiya xətti, şəhərin Mican məhəlləsində uşaq bağçası tikilib, bir neçə artezian quyusu qazılıb. Səfirlik Gəraybəyli kəndində tikiləcək feldşer məntəqəsi üçün layihəni hazırlayıb və bu günlərdə müqavilə bağlanacaq.

  • İsmayıllıda Ağsaqqallar Şurasının regional ...

    İsmayıllıda Ağsaqqallar Şurasının regional yığıncağı

    2014-09-10

    Azərbaycan Ağsaqqallar Şurası və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 10-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində ağsaqqallarla gənclərin görüşünə həsr olunmuş “İctimai-siyasi həyatda ağsaqqalların rolu” mövzusunda regional yığıncaq keçirilib.

  • İsmayıllı müəllimlərinin konfransı.

    İsmayıllı müəllimlərinin konfransı.

    2014-09-09

    İsmayıllı məktəbləri və müəllimləri üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər. Qəbul imtahanlarının nəticələrinə görə rayon abituriyentlərinin orta balı 236,7 olmuşdur. 275 nəfər ali məktəblərə müvəffəqiyyətlə imtahan verərək tələbə adını qazanmışdır. Onların 21 nəfəri 600-dən yuxarı bal toplamışdır. 4 nəfər tam orta məktəbi qızıl medalla başa vurmuşdur.

  • Möhtəşəm təhsil bayramı keçirilmişdir.

    Möhtəşəm təhsil bayramı keçirilmişdir.

    2014-09-09

    Artıq yeni dərs ilinin başlanmasına cəmi bir neçə gün qalmışdır. Sentyabrın 15-də Azərbaycanın təhsil ictimaiyyətinin bayramı- “Bilik günü”dür. İsmayıllının təhsil işçiləri də qazandığı uğurları, əldə etdikləri nailiyyətləri hər il “Bilik günü” öncəsi “Təhsil bayramı” ilə qeyd edirlər. Sentyabrın 8-də rayonda belə bir bayram təntənəsi yaşandı. Heydər Əliyev parkında açılmış yeni “Yay filarmoniyası”nda möhtəşəm “Təhsil bayramı” qeyd olundu.

  • Qalınçaq kəndində yeni məktəb binasının a...

    Qalınçaq kəndində yeni məktəb binasının açılışı oldu

    2014-09-09

    Yeni dərs ili ərəfəsində, 8 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində 360 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur.

  • Təmiz şəhərdə yaşa - Gələcək öz əlimizd...

    Təmiz şəhərdə yaşa - Gələcək öz əlimizdədir

    2014-09-04

    İsmayıllı Rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən icrasına başlanan “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin ictimaiyyətə təqdimat tədbiri keçirilib

  • İsmayıllıda “Sağlam həyat naminə-erkən ni...

    İsmayıllıda “Sağlam həyat naminə-erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilmişdir.

    2014-09-04

    Sentyabr ayının 4-də İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin “Sağlam həyat naminə-erkən nikaha yox deyək adlı ” layihə əsasında maarifləndirmə tədbiri keçirilmişdir. Heydər Əliyev Mərkəzində reallaşan tədbirə təhsil, səhiyyə sahəsində, idarə və müəssisələrdə çalışan işçilər, təqaüddə olan ağbirçək qadınlar, gənc qızlar dəvət olunmuşdu.

  • İsmayıllıda qadın fəallığına həsr olunmu...

    İsmayıllıda qadın fəallığına həsr olunmuş tədbir keçirilmişdir

    2014-09-04

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə qadınların Respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallığının daha da artırılması məqsədilə regional görüşlər keçirir. Belə görüşlərdən biri 4 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində reallaşdı. Şamaxı, Ağdaş, Göyçay, İsmayıllı, Qobustan, Ağsu rayonlarından YAP üzvü olan 60-dan çox fəal qadın bir araya gələrək ,ölkədə qadın fəallığının artırılması yolları barədə fikir mübadiləsi, müzakirələr aparılmışdır.

  • İsmayıllı gəncləri ölkəni daha yaxşı tan...

    İsmayıllı gəncləri ölkəni daha yaxşı tanımağa gedirlər

    2014-08-31

    31 avqust, səhər saat 7:30-dan başlayaraq İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda yeni bir təntənə yaşanır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan rayonların yuxarı sinif şagirdlərini qarşılayıb, qədim Lahıcla, rayonun zəngin təbiəti ilə tanış edən ismayıllılar indi öz övladlarını Şimal bölgəsinə yola salırlar.

  • Ağac əkini davam etdirilir.

    Ağac əkini davam etdirilir.

    2014-08-30

    Rayonumuzda son illər xeyli yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Avtomagistral yolların kənarlarında, İsmayıllı şəhərinin küçə və xiyabanlarında, eləcə də bələdiyyələrin ərazisində müxtəlif ağac cinslərindən ibarət çoxlu sayda dekorativ ağac və kol bitkiləri əkilmişdir. Belə tədbirlər rayonumuzun ekoloji mühitin daha da sağlamlaşmasına, eləcə də əhalinin istirahətinə müsbət təsir göstərir.

  • Soltankənd və Uştal kəndlərinin sakinləri il...

    Soltankənd və Uştal kəndlərinin sakinləri ilə görüş keçirildi

    2014-08-30

    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 29-da Soltankənd kəndində Soltankənd və Uştal kəndlərinin sakinləri ilə görüş keçirib.

  • Tarix-Diyarşünaslıq muzeyində seminar keçiril...

    Tarix-Diyarşünaslıq muzeyində seminar keçirilmişdir.

    2014-08-30

    “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai birliyi “Gənclərin elmi fəaliyyətinin təşviq edilməsi” istiqaməti üzrə “Müasir tədris prosesində innovasiyalar” başlığı altında layihənin icrasına başlayıb. Coğrafi region kimi İsmayıllı rayonu götrülmüşdür. Bu proqramla bağlı olaraq 29 avqust 2014-cü il tarixində Tarix Diyarşünaslıq muzeyində seminar keçirilmişdir.

  • İsmayıllı Gənclərinin III Yay Toplantısı

    İsmayıllı Gənclərinin III Yay Toplantısı

    2014-08-29

    29.08.2014-cü il tarixdə İsmayıllı İnnovasiyalar Mərkəzinin gəncləri tərəfindən İsmayıllı Gənclərinin III Yay Toplantısı təşkil edildi. Toplantı Azərbaycanın dahi bəstəkarı M. Maqomayevin "Azərbaycan" mahnısı ilə başlandı.Tədbirdə unudulmaz qəhrəman və jurnalist Ç. Mustafayevin ruhu bir dəqiqəlik sükutla yad edildi.Toplantıda Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov da gənclərə daima dəstək olduqlarını, İsmayıllıda aparılan işlərdə gənclərin fəallıq göstərmələrini vurğuladı.

  • Növbəti səyyar qəbul Qaraqaya  kəndində  old...

    Növbəti səyyar qəbul Qaraqaya kəndində oldu

    2014-08-27

    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 26-da Qaraqaya kəndində Qaraqaya, Yeniyol və Gəndov kəndlərinin sakinləri ilə görüş keçirib.

  • İsmayıllıda  həndbol üzrə qızlar arasında ...

    İsmayıllıda həndbol üzrə qızlar arasında final yarışı keçirilir.

    2014-08-27

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2014-cü il vahid idman təqvim planına əsasən 4 gün, 26-30 avqust tarixlərində İsmayıllı rayon Olimpiya İdman Kompleksində Yeniyetmələrin IX Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə 1999-cu il və daha kiçik yaşlı qızlar arasında final yarışı keçirilir.

  • Uşaq əməyinin istismarının qarşısının al...

    Uşaq əməyinin istismarının qarşısının alınmasına dair seminar keçirilmişdir

    2014-08-27

    Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı(2013-2015-ci illər)” təsdiq edilmişdir. Tədbirlər Planının icrası istiqamətində uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması məqsədilə ölkə üzrə regional təlim görüşlərinin İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri 27 avqust 2014-cü il tarixində İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində reallaşdı.

  • Dünya gənclərinin nümayəndələri İsmayıll...

    Dünya gənclərinin nümayəndələri İsmayıllıda

    2014-08-26

    Zəngin təbiəti, qədim yaşayış məskənləri, ulu tarixi, alınmaz qalaları, qonaqpərvər insanları ilə diqqət çəkən İsmayıllının qonaqları günbəgün artır. Lahıc, Basqal qəsəbələri, İvanovka, Qalacıq kəndləri, Xanagah, Buynuz meşələri, zirvəsi yayda da qarla örtülü olan Babadağ ziyarətgahı, Cavanşir və Qız qalası İsmayıllını turist marşrutunu seçənləri daha çox maraqlandırır. 26 avqust 2014-cü il tarixdə belə bir bölgə dünya gənclərinin 90 nəfərlik nümayəndə heyətini qəbul edib. Kimdir bu gənclər?

  • Həmyerlimiz Qəbələdə mürəbbə festivalında...

    Həmyerlimiz Qəbələdə mürəbbə festivalında III yer tutub

    2014-08-25

    Qəbələ şəhərində növbəti mürəbbə festivalı keçirilib. AzərTAc xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdikləri festival Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelində reallaşdırılıb. Festivalı izləyənlər arasında bir neçə ölkənin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən çox yerli və xarici turistlər olub.

  • Diyallıda səyyar qəbul keçirilmişdir.

    Diyallıda səyyar qəbul keçirilmişdir.

    2014-08-23

    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 22-də Diyallı kəndinin sakinləri ilə görüşüb.

  • 2 gün yarmarka təşkil edildi

    2 gün yarmarka təşkil edildi

    2014-08-23

    Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır. Növbəti yarmarka 22-23 avqust 2014-cü il tarixlərində şəhərin “Qala divarları” və “Bahar” mebel mərkəzinin önündə təşkil edildi. Yarmarkada rayonun fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçılarının, eləcə də quşçuluq müəssisələrinin məhsulları satışa çıxarıldı. Meyvə-tərəvəz, taxıl, noxud, ət, bal, süd və süd məhsullarının bazar qiymətlərindən 25-30% aşağı qiymətə satılması əhali tərəfindən rəğbətlə qarşılandı.

  • Yuxarı Cülyan və Müdrü kəndlərində qəbul

    Yuxarı Cülyan və Müdrü kəndlərində qəbul

    2014-08-23

    22 avqust 2014-cü il tarixdə Yuxarı cülyan və Müdrü kəndlərində səyyar qəbul keçirildi. Qəbulda kəndlərin mövcud vəziyyəti və bundan sonra onların inkişaf etdirilməsi, orada olan problemlərin aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparıldı. Eləcə də ətraf kəndlərdən vətəndaşlar da qəbul edildi və onların müraciətləri dinlənildi.

  • “Sağlam həyat naminə- erkən nikaha yox de!...

    “Sağlam həyat naminə- erkən nikaha yox de!”

    2014-08-22

    Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin, xüsusilə gənclərin milli-mənəvi ruhda tərbiyəsi və sağlam həyat tərzinin təbliği məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri 22 avqust 2014-cü il tarixdə İsmayıllı rayonunda reallaşdı. “Sağlam həyat naminə-Erkən nikaha yox de!” layihəsi ilə bağlı maarifləndirici seminarın keçirilməsi üçün məkan Heydər Əliyev Mərkəzi seçilmişdi.

  • İsmayıllı gəncləri şəhid məzarlarını ziy...

    İsmayıllı gəncləri şəhid məzarlarını ziyarət etdi

    2014-08-19

    19 avqust 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi, YAP Gənclər Birliyi və fəal gənclərlə birlikdə rayonun müxtəlif ərazilərində yerləşən şəhid məzarlarını ziyarət etmiş və məzarların ətrafında təmizlik işləri aparmışdır. Təşkilatçılar bildiriblər ki, bundan sonra mütamadi olaraq fəal gənclərlə birlikdə şəhid məzarlarının ətrafının təmizliyinə diqqət yetiriləcəkdir, həmçinin yaxın vaxtlarda rayonun kəndlərində olan şəhid məzarlarını da ziyarət edib və ətraflarında təmizlik işləri aparacaqlar.

əvvəlki [57] növbəti