Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Tarix- Diyarşünaslıq muzeyində seminar keçrilib

10 iyul 2014 | 15:00

10 iyul 2014-cü il tarixdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti  Azərbaycan  Respublikasının  Prezidenti  yanında   Gənclər  Fondunun maliyyə yardımı ilə “Gənc  İstedadlar üçün Kiçik Akademiyanın təşkili” adlı layihə çərçivəsində seminar keçrilmişdir.Tədbirdə orta məktəbin yuxarı sinif şagirdləri,istedadlı gənclər və gənc müəlimlər iştirak etdilər.
    Tədbiri RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açdı və İsmayıllı rayonunda gedən sosial-iqtisadi və mədəni quruculuq işləri barədə məlumat verdi.Sonra söz AMEA-nın  gənc alimi, Cəmiyyətin nümayəndəsi olan Ruslan Rəhimliyə verildi. R.Rəhimli layihə haqqında məruzə etdi, seminar iştirakçıları öz fikir və təkliflərin söylədilər. Cəmiyyətin digər nümayəndəsi, gənc alim Nərminə Abdullayeva texnoparklar haqqında məlumat verdi. Tədbirin sonunda  nümayəndə heyətinin rəhbəri  yaradılan şəraitə görə rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirdi.

Keçidlər