Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat üzrə Respublika Olimpiadası

14 iyul 2014 | 15:00

12-22 iyul 2014-cü il tarixdə keçirilən 16 yaşadək oğlanlar və qızların şahmat üzrə Respublika Olimpiadası üçün məkan İsmayıllı şəhəri seçilmişdir. Olimpiadanın təşkili və keçirilməsinə rayon İcra Hakimiyyəti, rayon Şahmat Federasiyasının sədri Rahib Seyidov əsil yardımçı oldular.
Olimpiadanın açılış mərasimi 12 iyul 2014-cü ildə oldu. Açılışda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, müavinləri Sevil Əhmədova, Mahmud Süleymanov, rayon prokuroru Rahib Seyidov, rayon məhkəməsinin hakimi Azad Əliyev iştirak edirdi.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək idmanın xüsusilə şahmatın inkişafı üçün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən, bu sahəyə göstərdiyi qayğı və diqqətdən danışdılar.
Yarışlar hər gün saat 10:00-dan 14:00-dək davam edir. Yarış iştirakçılarının rayonla tanışlığı üçün şərait yaradılır, müxtəlif istiqamətlərə gedişlər təşkil edilir.

Keçidlər