Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri İsmayıllıda

02 avqust 2014 | 15:00

02.08.2014-cü il tarixdə  Binəqədi gəncləri İsmayıllı rayonuna səfərə gəlmişlər. Gənclərlə birgə Binəqədi YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramov  və Binəqədi YAP RT-nın  aparat rəhbəri Qabil Qafarov gənclərin səfərinə rəhbərlik etmişlər. Nümayəndə heyətinə 45 nəfər gənc daxil edilmişdir.
İsmayıllı tərəfindən qonaqları İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini Rövşən Ağayev, Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı YAP-nın RT-nın aparat rəhbəri Anar Nəbiyev, İsmayıllı rayon  İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal gəncləri qarşılamışlar.
     Nümayəndə heyəti əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoydu. Sonra Heydər Əliyev Parkında yerləşən Gənclərin Karyera Mərkəzi, Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış oldular. Görüş Heydər Əliyev Mərkəzində davam etdirildi. Görüşdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının I müavini Rövşən Ağayev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun  salamlarını nümayəndə heyətinə çatdırdı. Binəqədi YAP-nın sədri Ramiz  Göyüşov da öz növbəsində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını İsmayıllı gənclərinə yetirdi. İsmayıllı gəncləri ilə Binəqədi gəncləri arasında əməkdaşlıq memorandumu imzalandı. Memorandumu İsmayıllı tərəfindən Taleh Salehov, Binəqədi tərəfindən isə Qüdsi Bayramov imzaladı. Sonda nümayəndə heyətləri bir-birinə hədiyyələr təqdim etdilər.
Sonra gənclər İsmayıllının səfalı yerlərindən olan Basqal kəndinə gəzintiyə getdilər. Səfərdən razılıq edən Binəqədi gəncləri birgə layihələrin icrası üçün tədbirlər müəyyənləşdirdilər.

Keçidlər