Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndlərdə də İntellektual oyunlara maraq artır

09 avqust 2014 | 15:00

İsmayıllı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 08.08.2014 tarixində Kürdmaşı kəndində "Xəmsə" milli intellektual oyunu keçirilmişdir. Oyunun  əsas məqsədi gənclərin maarifləndirilməsi, kəndlərdə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi və son zamanlar cəbhədə baş verən hadisələrlə bağlı əsgərlərimizə dəstək olmaq idi. Komandalara əsasən işğal altında olan rayonların adları qoyulmuşdu. Komandalar aşağıdakı qaydada xal toplamışlar:
"Şuşa" -6900
"Kəlbəcər" -4700
"Laçın" -3600
"Black Garden"-300

"Xəmsə" milli intellektual oynunda I, II,  III yerləri tutan komandalara hədiyyələri Gənclər və İdman İdarəsinin nümayəndəsi Taleh Məhərrəmov, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı İƏD üzrə nümayəndəsi Rövşən Əliyev və klubun rəhbəri Azad Manaflı  təqdim etdilər. Ən yaxşı oyunçuya isə nümayəndəlik tərəfindən Şəki şəhərinə 1 günlük ekskursiya üçün yol vərəqi verildi. Qaliblər Fəxri Fərman və medallarla mükafatlandırıldı. 1-ci yeri tutan komandaya isə oyunun əsas simvolu olan kubok təqdim edildi. Qalibləri bir daha təbrik edirik!!!

Keçidlər