Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı gəncləri şəhid məzarlarını ziyarət etdi

19 avqust 2014 | 15:00

19 avqust 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi,YAP Gənclər Birliyi və fəal gənclərlə birlikdə rayonun müxtəlif ərazilərində yerləşən şəhid məzarlarını ziyarət etmiş və məzarların ətrafında təmizlik işləri aparmışdır. Təşkilatçılar  bildiriblər ki, bundan sonra mütamadi olaraq fəal gənclərlə birlikdə şəhid məzarlarının ətrafının təmizliyinə diqqət yetiriləcəkdir.  Həmçinin yaxın vaxtlarda rayonun kəndlərində olan  şəhid məzarlarını da  ziyarət  edib və ətraflarında təmizlik  işləri aparacaqlar. Aksiyanın məqsədi İsmayıllıdan olan şəhidləri yad etmək, gənc nəslə onların vətənpərvərliyi haqqinda məlumat vermək və ətrafında təmizlik işləri  aparmaqdır

Keçidlər