Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Cülyan və Müdrü kəndlərində qəbul

23 avqust 2014 | 15:00

  22 avqust 2014-cü il tarixdə Yuxarı cülyan və Müdrü kəndlərində səyyar qəbul keçirildi. Qəbulda kəndlərin mövcud vəziyyəti və bundan sonra onların inkişaf etdirilməsi, orada olan problemlərin aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparıldı. Eləcə də ətraf kəndlərdən vətəndaşlar da qəbul edildi və onların müraciətləri dinlənildi.
    Yuxarı Cülyan kəndində vətəndaşlar yeni məktəb binasının tikilməsi, qəzalı vəziyyətdə olan məscidin təmir edilməsini, peyk telefonlarının, su xəttinin təmir olunmasını, elektrik xəttində 10 kv-luq ayırıcının qoyulmasını xahiş etmişlər.
    Müdrü kəndində yollara çınqıl döşənməsi, həkim məntəqəsinə feldşer təyin olunması, Müdrüsə kəndində məktəb açılması, qəzalı vəziyyətdə olan kitabxananın təmir edilməsi, elektrik xəttinə ayırıcı qoyulması vətəndaşlar tərəfindən xahiş edilmişdir.

Keçidlər