Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı gəncləri ölkəni daha yaxşı tanımağa gedirlər

31 avqust 2014 | 15:00

31 avqust, səhər saat 7:30-dan başlayaraq İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda yeni bir təntənə yaşanır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan rayonların yuxarı sinif şagirdlərini qarşılayıb, qədim Lahıcla, rayonun zəngin təbiəti ilə  tanış edən ismayıllılar indi öz övladlarını Şimal bölgəsinə yola salırlar.
     40 nəfər IX-XI sinif şagirdi ölkəni daha yaxşı tanımaq üçün Quba-Xaçmaz-Qusar marşrutu üzrə səfərə çıxırlar. Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil şöbəsinin, Rayon Mədəniyyət və Turizm şöbəsinin, Gənclər və İdman İdarəsinin rəhbərliyi, valideynlər xoşbəxt uşaqların bu gününə sevinərək, cənab Prezident İlham Əliyevin tükənməz qayğısına görə minnətdar olaraq tur-aksiyaya qoşulan uşaqlara yaxşı yol arzulamağa gəliblər.
     Səfərə çıxanlar əvvəlcə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. RİH-nin başçısı  Mirdaməd Sadıqov Azərbaycanı daha yaxşı tanımaq üçün səfərə çıxan gənclər qarşısında çıxış etdi, onlara ölkə tarixini daha yaxşı öyrənməkdə, Respublikanın gələcək  inkişafında fəal iştirakda, təhsillərinin davamında uğurlar arzuladı. Qeyd etdi ki, yeni nəsil Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qayğısı sayəsində daha sürətlə inkişaf edəcək Azərbaycanın daha  xoşbəxt sabahını yaşayacaqdır.
    İsmayıllı şəhər 6 saylı tam orta məktəbin sagirdi Salmanova Ayşən Habil qızı, 3 saylı tam orta məktəbin sagirdi Qasımov Toğrul Murad oğlu, 1 saylı tam orta məktəbin sagirdi – Yaponiyaya səfərə gedib-gəlmiş İsrayılzadə Şamxal Abil oğlu və valideyn Nəcəfova Məlahət çıxış edib möhtərəm cənab Prezidentə öz dərin minnətdarlıqlarını bildirdilər. 11 məktəbi təmsil edən şagirdlər sevinclə avtobusa əyləşib, Şimal bölgəsinə istiqamət götürdülər. Vətəni daha çox sevmək  üçün onu daha yaxşı öyrənmək həvəsi tur müddətində və sonralar onların sadiq yol yoldaşı olacaq.

Keçidlər