Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Gənclərinin III Yay Toplantısı

29 avqust 2014 | 15:00

29.08.2014-cü il tarixdə  İsmayıllı İnnovasiyalar Mərkəzinin gəncləri tərəfindən İsmayıllı Gənclərinin III Yay Toplantısı təşkil edildi.

Toplantı Azərbaycanın dahi bəstəkarı M. Maqomayevin "Azərbaycan" mahnısı ilə başlandı.Tədbirdə unudulmaz qəhrəman və jurnalist Ç. Mustafayevin ruhu bir dəqiqəlik sükutla yad edildi.Toplantıda Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov da gənclərə daima dəstək olduqlarını, İsmayıllıda aparılan işlərdə gənclərin fəallıq göstərmələrini vurğuladı.

Toplantıda 50 nəfərə yaxın İsmayıllı gənci iştirak etdi .Toplantıda İsmayıllı İnnovasiyalar Mərkəzinin gəncləri Valeh Əliyev, Radə Ağayeva, Zeynəb Mehdiyeva, Asiman Safayev, Şövqi Əhmədov, Elxan Qəniyev, Qönçə Ağazadə, o cümlədən, rayonun işgüzar, yenilikçi və fəal gəncləri istirak etdilər.

Gənclərdən Xəyalə Ağazadə, Lalə Rəsulova, Dilarə Rəsulova, Nərmin İslamzadə, Elmi Məmmədli, Teymur Əziz, Bənövsə İsmayılova, Sübhü Mikayılzadə, Elvin Əlizadə, İslam Abbaszadə, Şamxal Abdulov və digər gənclər öz dəyərli fikirləri və təklifləri ilə çıxış etdilər. Tədbirdə çoxsaylı ideyalar və təşəbbüslər səsləndirildi və İsmayıllı gənclərinin daha effektiv şəbəkələşməsi imkanı yaradıldı.

Toplantıda həmçinin “İsmayıllı gənclərin gözü ilə” mövzusu üzrə sorğu da aparıldı. Tədbir İsmayıllının fəxri Teymur Əzizin "İsmayıllı" muğamı ilə sona çatdı.

Keçidlər