Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtəşəm təhsil bayramı keçirilmişdir.

09 sentyabr 2014 | 15:00

Artıq yeni dərs ilinin başlanmasına cəmi bir neçə gün qalmışdır. Sentyabrın 15-də Azərbaycanın təhsil ictimaiyyətinin bayramı- “Bilik günü”dür.
            İsmayıllının təhsil işçiləri də qazandığı uğurları, əldə etdikləri  nailiyyətləri hər il “Bilik günü” öncəsi “Təhsil bayramı” ilə qeyd edirlər.
    Sentyabrın 8-də rayonda belə bir bayram təntənəsi yaşandı. Heydər Əliyev parkında  açılmış yeni “Yay filarmoniyası”nda möhtəşəm “Təhsil bayramı” qeyd olundu.
              Məzunların, tələbələrin, şagird və müəllimlərin, rayon ziyalılarının, qonaqların, bütövlükdə İsmayıllı ictimaiyyətinin toplaşdığı iki mindən  çox insanı əhatə edən bu tədbir, təhsilimizin uğurlarından xəbər verən bir el şənliyini özündə yaşatdı.
        Bayram tədbiri rəsmi və bədii hissədən ibarət idi. Rəsmi hissədə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Təhsil nazirinin müavini Firidun Qurbanov, şair Baba Vəziroğlu, QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev, şəhər 5 saylı orta məktəbinin direktoru Elçin Məmmədov, həmin məktəbin məzunu, yüksək bal toplamış Şəhla Abdullayeva,Qüdrətli Qəmər, valideyn İlham Səmədov və başqaları çıxış edərək ölkəmizdə aparılan uğurlu təhsil siyasəti, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, ölkə rəhbəri cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı, rayonda təhsil sahəsində qazanılan uğurlu nəticələr barədə danışdılar, İsmayıllı təhsilinin respublikada öncül fəaliyyətini  diqqətə çatdırdılar.
         Sonra ali məktəblərə qəbul olunmuş 270-dən çox məzuna kompüter dəstələri və  digər qiymətli hədiyyələr, RİH başçısının təbrik məktubu verildi. Bu il ali məktəblərə qəbul olunmuş məzunların adları oxundu, onlar  ictimaiyyətə və fəxri qonaqlara təqdim olundular.
        Bayram şənliyi yeni istifadəyə verilmiş stadionda “Çövkan” oyununa tamaşa ilə başlandı və möhtəşəm konsert proqramı ilə yekunlaşdı.
           İsmayıllılar daha bir bayram təntənəsi yaşadılar. Dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin  Azərbaycan vətəndaşları üçün yaratdığı əsaslı və geniş  imkanların daha xoş bir  anına qovuşdular, gələcəyimiz olan gənclərə qayğı və diqqətin şahidi oldular.

Keçidlər