Şriftin ölçüsü :

Saytın rəngi :

Qalınçaq kəndində yeni məktəb binasının açılışı oldu

09 sentyabr 2014 | 15:00

Yeni  dərs ili ərəfəsində, 8 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonunun  Qalınçaq kəndində  360 şagird yerlik  yeni məktəb binasının açılışı olmuşdur.
    Tədbiri giriş sözü ilə məktəbin direktoru Xalid Seyidov açdı və sözü RİH başçı cənab Mirdaməd Sadıqova verdi. M.Sadıqov ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, təhsil, səhiyyə sahəsindəki uğurlardan, rayonumuzda gedən tikinti abadlıq işlərindən danışdı. İsmayıllıda təhsilin uğurlu nəticələri barədə məlumat verdi,  Qalınçaq kənd tam orta məktəbinin pedaqoji kollektivini, şagirdləri təbrik etdi.
    Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firidun Qurbanov çıxış edərək Azərbaycan təhsilinin yeni aspektləri barədə danışdı, Respublikamızda 2500-dən çox məktəbin tikildiyini qeyd etdi.
Kənd ağsaqqalları, valideynlər çıxış edərək  kəndə çəkilmiş yeni asfalt yolla bağlı, istifadəyə verilən məktəb binası ilə əlaqədar ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etdilər.
          Rayon rəhbərliyi  və qonaqlar məktəblə, sinif otaqları ilə tanış oldular.

Keçidlər