Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc sosial işçilərin hazırlanması

20 sentyabr 2014 | 15:00

20 sentyabr 2014 –cü il tarixdə İsmayıllı Rayon Məşğulluq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc sosial işçilərin hazırlanması” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
         Tədbirdə Rayon İcra Hakimiyyətinin, bir sıra idarə və təşkilatların nümayəndələri, tələbələr və rayonun ictimai həyatında fəallıq göstərən bir qrup gənc iştirak etmişdir..
   Tədbirdə çıxış edən Sosial Qayğı Tədqiqatlar Mərkəzinin sədri Gülnar Nəzərova ilk öncə sosial iş haqqında danışmışdır.O qeyd etmişdir ki, s osial iş insanları   əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir.. Mərkəzin sədri sosial işin subyekti və obyekti, makro, mikro və mezo sosial iş haqqında ətraflı məlumat vermişdir.
       Hüquqşünas, ictimai vəkil Fəridə Əliyeva ictimai problem olan məişət zorakılığı, onun formaları, yaranma səbəbləri, yaratdığı fəsadlar, məişət zorakılığı ilə mübarizə haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
    Tədbirdə anket sorğusu keçirilmiş, iştirakçılara bukletlər paylanmış və qonaqlar tədbirin təşkilatçılığına görə  İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişlər.

Keçidlər