Şriftin ölçüsü :

Saytın rəngi :

Təmiz şəhərdə yaşa - rəsm müsabiqəsi

27 sentyabr 2014 | 15:00

İsmayıllı rayonunda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə İsmayıllı rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi start götürüb. Layihə çərçivəsində tədbirin loqosunun, bannerlərin, posterlərin, xüsusi geyim formalarının və zəruri ləvazimatların hazırlanması, loqosun reklam lövhələrində əks etdirilməsi, məişət tullantıları konteynerlərinin üzərində loqonun, çağırışların yazılması, foto, uşaqlar arasında layihə mövzusunda rəsm, “Tullantıdan sənətə”, “Ən yaxşı plakat”, “Ən yaxşı karikatura”, “Ən təmiz məhəllə”, “Ən təmiz  kənd” , “Ən təmiz obyekt”  müsabiqələrinin keçirilməsi, kiçik yaşlı uşaqların parklarda maarifləndirmə  aksiyasının və fləşmobun təşkili, yaşayış məntəqələrində olan zibilliklərin aşkarlanaraq iməciliklər yolu ilə ləğv edilməsi, yerində lövhələrin, posterlərin, əvvəlki vəziyyətini əks etdirən şəkillərin  qoyulması, magistral yollara zibil atan sürücülərin aşkarlanması tədbirlərinin gücləndirilməsi, yük maşınlarının yola örtüklə çıxmasına nəzarətin gücləndirilməsi, “Şəhərimizin qənimləri adlı”  qısametrajlı satirik filmin çəkilməsi, avtoxuliqanlığa qarşı   ardıcıl tədbirlərin, görüşlərin keçirilməsi, müəyyən olunmamış yerlərdə səyyar ticarətin yığışdırılması, mağazaların qarşısına mal yığılmasının qarşısının alınması, kəndlərdə ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Müsabiqələr sırasında yer alan rəsm müsabiqəsi sentyabr ayının 22-də Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. Müsabiqəyə həvəskar və yeniyetmə gənclər qoşulub.
Bundan əlavə şəhər 1,2 və 3 nömrəli körpələr evi-uşaq bağçalarının balaca fidanları əllərindəki plakatlar və səhnəcikləri ilə insanları şəhərin təmizliyini qorumağa dəvət ediblər.

Keçidlər