Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir

29 sentyabr 2014 | 15:00

27-28 sentyabr 2014-cü il tarixlərində  İsmayıllı rayon Gənclər və İdman idarəsi və İsmayıllı rayon  Şahmat məktəbi 1996 - 2000 təvəllüdlü yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi keçirmişdir.
Yarışı giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov dövlətimizin idmana diqqət və qayğısından söz açdı və idmançılara uğurlar arzuladı.Şahmat məktəbinin direktoru Nadir Hacıyev rayonumuzda şahmat idman növünə marağın artığını idmançıların nəzərinə çatdırdı.
Sonra yarışa start verildi.Birincilikdə 26 nəfər şahmatçı iştirak edirdi.Üç yaş qrupu üzrə dairəvi sistemlə  keçirilən yarışda ,hər yaş qrupu üzrə I,II və III yerləri tutmuş şahmatçılar  Gənlər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olundular.

Keçidlər