Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllar günü qeyd olundu

01 oktyabr 2014 | 15:00

İsmayıllıda qeyd olunan Beynəlxalq Ahıllar günü bu il məzmun və formasına görə daha çox fərqləndi. Məzmuna zənginlik gətirən o idi ki, Ahıllar günü cənab Prezident İlham Əliyevin bölgəyə səfərindən sonra keçirildi. Formanın  xoşagələnliyi o baxımdan yeni idi ki, tədbir iclas zalında yox, çay süfrəsi arxasında keçirildi.
Tədbiri giriş nitqi ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq toplaşanları təbrik etdi. Ağsaqqallara, ahıllara dövlət qayğısından Dövlət başçısının diqqətindən, onların məsləhətlərinə, tərbiyə işində iştiraklarına həmişə ehtiyac olduğundan danışdı.
Dövlət qulluğu veteranı Valeh Salehov, əmək veteranı, Əməkdar iqtisadçı Azadə Hüseynova, təhsil veteranı Fərman Bəşirov təbrik məzmunlu çıxış etdilər. Bildirdilər ki, İsmayıllı ölkənin sürətli sosial-iqtisadi inkişaf xəttinə inamla qoşulur. İnsanların həyatı yeniləşir, zənginləşir, yaşayış məntəqələri müasir görkəm alır. Sosial problemlər uğurla həll olunur. Bunun üçün bütün rayon əhalisi Prezident İlham Əliyevə minnətdardır.
İkinci Dünya müharibəsi veteranı Niyaz Ağayev və əmək  veteranı Şamil Mürsəliyevin timsalında ahıllar gələcək fəaliyyət üçün dəyərli məsləhətlər verdilər.
Rayon mədəniyyət sarayının açılışı ilə əlaqədar 02 sentyabrda keçiriləcək  Alim və Fərqanə Qasımovların konsertində iştirak üçün gələnlərə dəvətnamə verildi.

Keçidlər