Şriftin ölçüsü :

Saytın rəngi :

Fəal gənclərin toplantısı

12 oktyabr 2014 | 15:00

11 oktyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində rayonun ictimai həyatında fəal iştirak edən gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev gəncləri salamlayıb, ölkədə və rayonda uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, tədbirin əsas məqsədi layihə yazmağa həvəsli olan gəncləri bir araya cəlb etmək, onlardan qrup yaratmaq və layihə hazırlanma qaydalarını öyrətməkdir.
Tədbirdə çıxış edən RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva layihələrin önəmindən danışıblar.
Şəkər Hacıyeva layihə hazırlamaq üçün ilkin addım olan problemin təsviri, layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində görüləcək işlər, hesabat mərhələsi qaydaları haqqında gənclərə məlumat verib.
Tədbir gənclərin yüksək aktivliyi şəraitində keçib, gənclər səmərəli və maraqlı təkliflərlə çıxış ediblər.

Keçidlər