Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı tam orta məktəbdə “Təmizlik sağlamlıqdır” mövzusunda tədbir

16 oktyabr 2014 | 15:00

16 oktyabr 2014-cü il tarixində A.Aslanov adına 2 saylı tam orta məktəbində Rayon İcra Hakimiyyətinin 17 iyul 2014-cü il 120 nömrəli sərəncamına əsasən  1 avqust  2014-cü il tarixdən etibarən “Təmiz  şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına uyğun olaraq “Təmizlik sağlamlıqdır” mövzusunda tədbir keçirildi. Tədbirdə təmizliyi əks etdirən şeirlər və mahnılar səsləndirildi. Bu mövzu ilə əlaqədar yazılmış plakatlar , şəkillər , rayonumuzun müxtəlif güşələrini göstərən slaydlar nümayiş etdirildi. Tədbirdə müəllimlər və şagirdlər bu tədbirin səmərəliliyi və faydası haqqında danışdılar. Məktəbin direktoru R. Dadaşov  çıxışında qeyd etdi ki, bu layihənin məqsədi rayonumuzda aparılan abadlıq və quruculuq işlərini daha yüksək və intensiv şəkildə həyata keçirməkdir. Ölkə əhalisinin həyat, məişət şəraitinin daha da yüksəldilməsi, kommunal xidmətlərin, sanitar-gigiyenik və ekoloji vəziyyətin yaxşılaşdırılması , ətraf mühitin təmizliyinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlər hamı tərəfindən bəyənilir.
Yaşıllıq zolaqları salmaq, yeni tinglər və ağaclar əkmək ,onlara qulluq etmək, bu işə geniş ictimaiyyəti cəlb etmək hamımızın borcudur. Çünki, təbiət bizim evimizdir, sağlam gələcəyimiz sağlam, təmiz mühitdən başlayır.
Tədbirin sonunda “Təmizlik sağlamlıqdır” mövzusunda şagirdlərin çəkdikləri rəsm işləri nümayış etdirildi.

Keçidlər