Şriftin ölçüsü :

Saytın rəngi :

Tullantıdan sənətə

26 oktyabr 2014 | 15:00

“Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsi çərçivəsində     25 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasının qarşısında və foyesində “Tullantıdan sənətə” adlı sərgi keçirilib.
Sərgidə Heydər Əliyev Mərkəzi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzi, İsmayıllı Uşaq Texniki Yaradıcılıq Mərkəzi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı şəhər 3, 4, 5, 6, 7 saylı, Basqal qəsəbə, Vəng, Təzəkənd, Tircan, Talıstan kənd tam orta məktəbləri, Quşencə, Xəlilli, Sumağallı, Təzəkənd, Gəraybəyli uşaq bağçaları bir-birindən maraqlı, rəngarəng və fərqli əl işləri ilə çıxış ediblər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, RİH başçısının müavini Sevil Əhmədova, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov sərgiyə baxış keçiriblər.
Sərgiyə maraq böyük idi. Yüzlərlə rayon sakini sərgiyə baxmaq üçün toplaşmışdı.

Keçidlər