Şriftin ölçüsü :

Saytın rəngi :

Üç vacib məsələ

30 oktyabr 2014 | 16:00

Regionların Sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq İsmayıllı rayonunun Ağbulaq kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə görüşü keçirilib. Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub.
Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini diqqətə çatdırıblar. Rayonda görülən quruculuq-abadlıq işlərindən razılıq ediblər.
Çıxış edən sakinlər tərəfindən üç məsələ - kənd yollarının təmir edilməsi, içməli su xəttinin çəkilişi, evlərin mavi yanacaqla təmin olunması kimi vacib sosial məsələlərin həllinə ehtiyac olduğunu vurğulayıblar.
Görüşdə çıxış edən icra başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin uğurla davam etdiyini söyləyib. İcra başçısı son vaxtlar rayonda gərgin əmək sayəsində əldə olunan müsbət dəyişikliklərdən razılığını bildirib, kənd sakinlərinin qayğı və problemlərinin həlli ilə əlaqədar göstərişlər verib.
M.Sadıqov yaxın vaxtlarda kəndlərdəki mövcud problemlərin həlli istiqamətində görüləcək işlər haqqında danışıb və ərazidə yeni iş yerlərinin yaradılması ilə bağlı tövsiyələrini verib.
Sonda kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən diqqət və dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər