Şriftin ölçüsü :

Saytın rəngi :

"Gələcək öz əlimizdədəir" layihəsinə dəstək

01 noyabr 2014 | 16:00

2014-ci il 1 noyabr tarixdə Xankənd kənd tam orta məktəbində müəllim və şagird kollektivi iməcilik keçirilmişdir. İməcilik zamanı məktəbin həyətyanı sahəsində 10 ədəd heyva, 20 ədəd fındıq, 10 ədəd alma, 12 ədəd armud, 30 ədəd qovaq, 5 ədəd tut, 10 ədəd dekortiv ağac tingi, 25 ədəd gül çilingi əkilmişdir. Bundan başqa məktəbin həyətyanı sahəsi alaq otlarından və xəzəldən təmizlənmişdir. Daha sonra qurumaqda olan mevə ağacları kəsilmiş, digər meyvə ağaclarında budama işləri aparılmışdır.

****

01.11.2014-cü il tarixdə Basqal qəsəbəsində Basqal qəsəbə İƏD üzrə nümayəndəliyin təşəbbüsü və Basqal məktəbi pedoqoji və şagird kollektivinin birgə iştirakçılığı ilə "Təmiz şəhərdə yaşa " layihəsinə dəstək iməciliyi keçirilmişdir.
İməcilikdə 100-ə yaxın müəllim və şagird iştirak etmişdir. Təmizlik işlərindən başqa, 30-a yaxın ağac tingi əkilib, digər ağacların dibləri yumşaldılıb.

Keçidlər