Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı işçilərinin peşə bayramı

01 noyabr 2014 | 16:00

01 noyabr 2014-cü il tarixində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov çıxış edərək rayonun kənd təsərrüfatının hazırki vəziyyətinin geniş təhlilini vermiş və perspektivdə bu sahədə görüləcək işləri və qarşıda duran vəzifələri geniş şərh etmişdir.
Toplantıda rayonun aqrar sahəsində görülən işlər barədə hesabat xarakterli 15 dəqiqəlik film nömayiş etdirilmişdir.
Tədbirdə RİHB-nın müavini, Aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov, Nikitin adına kolxozun sədri Nikolay Dubrovin, kənd təsərrüfatı veteranı Əkrəm Əhmədov və digərləri çıxış etmiş, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmış və növbəti ildə daha böyük müvəffəqiyyət əldə etmək üçün əzmlə çalışacaqlarını bildirmişlər.

Keçidlər