Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ağsaqqallarla gənclər həmişə bir yerdədirlər

07 noyabr 2014 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı, Rayon Gənclər və İdman idarəsi, Rayon Təhsil şöbəsi, Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə 9 noyabr – Dövlət Bayrağı günü və Azərbaycan Konstitusiyası günü münasibətilə silsilə tədbirlər həyata keçirir.
Belə tədbirlərdən biri də 7 noyabr 2014-cü il tarixdə “Qala” şadlıq sarayında yaşlıların gənclərlə görüşü-  nərd yarışı keçirilmişdir. Rayon Gənclər və İdman idarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon komitəsi və Stolüstü Oyunlar Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə  keçirilən tədbir mütəşəkkiliyi, iştirakçılarının çoxluğu və müxtəlifliyi ilə seçilirdi. Dövlət bayrağının yanında duran təşkilatçıların nümayəndələri hər iki tarixi gün münasibətilə çıxış etdilər, ölkəmizin və İsmayıllının sürətli inkişafından, Azərbaycanın  müstəqilliyinə əbədilik xarakteri verən ulu öndər Heydər Əliyevin  üçrəngli bayrağımızı dövlət bayrağı kimi ilkin olaraq  qəbul etməsindən,Prezident İlham Əliyevin dövlət bayrağını daha ucalara qaldırmasından, dövlətçiliyimizin ziyarət yeri olan Bayraq Meydanı yaratmasından, ölkə rəhbərinin xalqımızı zəngin həyata qovuşdurmasından danışdılar.
İkinci Dünya Müharibəsi veteranı Həsənalı Aslanov, Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, əmək veteranı Həsən Hüseynov, İsmayıllı şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov , ATİAHİ rayon komitəsinin sədri Hafiz Kərimov, federasiya sədri Kamran Muradov çıxışlarında gənclərə, ağsaqqallara, bütün əhaliyə göstərdiyi qayğıya, İsmayıllının sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Onu da dedilər ki, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müəyyən olunmuş irili-xırdalı bütün layihələrin icrasında ağsaqqallarla gənclərin  birgə rəyini öyrənir, onların məsləhətlərini, təkliflərini əsas götürür. Bütün tədbirlərdə  gənclərlə ağsaqqallar bir yerdə olurlar. Bu da uğurlu fəaliyyətin əsasını təşkil edir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov  ağsaqqallara, əmək veteranlarına, görüş-yarışa gəlmiş rayonun veteran futbolçularına gənclərlə bir araya gəldiklərinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına qayğı ilə yanaşdıqlarına görə təşəkkür etdi.
Sonra nərd yarışı üçün püşk atıldı, cütlüklər müəyyənləşdirildi və yarış başlandı. 3 saata qədər davam edən yarışın nəticəsi olaraq birinci yerə iş adamı Şakir Qasımov,  ikinci yerə Rayon Mşğulluq Mərkəzinin əməkdaşı Namiq Ağayev, üçüncü yerə Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini  Bəhruz Səfərəliyev  çıxdılar.
  Qaliblərə diplomlar və hədiyyələr təqdim olundu. Çay süfrəsi ətrafında səmimi söhbət, qarşılıqlı informasiya faydalanması yarışın yekunundan sonra da davam etdi.

Keçidlər