Şriftin ölçüsü :

Saytın rəngi :

Universal döyüş üzrə rayon birinciliyi keçirilib

09 noyabr 2014 | 16:00

08 noyabr 2014-cü il tarixdə saat 10:00 –da İsmayıllı rayon Gənclər və İdman idarəsi “9 noyabr-Milli Bayraq Günü” və “12 noyabr-Konstitusiya Günü” münasibətilə yeniyetmələr və gənclər arasında universal döyüş üzrə rayon birinciliyi keçirdi.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşı və universal döyüş üzrə məşqçi-müəllim çıxış edərək idmançıları salamladı, hər iki bayram münasibətilə təbrik etdi və hər bir iştirakçıya  uğur arzuladı.
7 çəki dərəcəsində 50 nəfərin iştirak etdiyi birinciliyin qalibləri rayon Gənclər və İdman idarəsinin diplom və kubokları ilə təltif olundular.

Keçidlər