Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumrespublika Yaşıllaşdırma” marafonu davam edir

16 noyabr 2014 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna  start götürmüşdür. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.
İsmayıllı rayonu ərazisində noyabr ayı ərzində müxtəlif cinslərdən olan 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulumuşdur.
Noyabr ayının 5-dən 14-nə qədər İsmayıllı-Muğanlı avtomobil yolunun 2-15-ci kilometrliyində 3130 ədəd akasiya, 840 ədəd çinar, 240 ədəd lapan, 700 ədəd ağcaqayın, 190 ədəd qovaq və 490 ədəd meyvə ağacları əkilmişdir. Noyabr ayının 15-də isə akasiya, ağcaqayın və qovaq cinsindən olan 1000 ədəd ağac əkilmişdir.

Beləliklə kompaniya başlayandan bu günə qədər rayon ərazisində 6690 ədəd ağac əkilmişdir.

Keçidlər