Şriftin ölçüsü :

Saytın rəngi :

“17 noyabr –Milli Dirçəliş Günü” münasibətilə tennis üzrə rayon birinciliyi

17 noyabr 2014 | 16:00

17 noyabr 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Uşaq Gənclər İdman Məktəbində  “17 noyabr –Milli Dirçəliş Günü” münasibətilə müəssisə əməkdaşları arasında tennis üzrə rayon birinciliyi keçirdi.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov iştirakçıların hər birinə uğur arzuladı və Milli Dirçəliş Günü münasibətilə onları təbrik etdi. Sonra Rayon Tennis federasiyasının sədri Ağasəf Salmanov da öz növbəsində iştirakçıları təbrik etdi.
16 nəfərin iştirak etdiyi rayon birinciliyində Abdullayev Seyran Akif oğlu   I yerə, Nəbili Bayram Davud oğlu II yerə və Xuduyev Balakişi Məhəmməd oğlu III yerə layiq görüldü.
Qaliblərə rayon Gənclər və İdman idarəsinin diplomları, tennnis federasiyasının qiymətli hədiyyələri  təqdim olundu.

Keçidlər