Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Uşaq Kitabxanasında maarifləndirici tədbirlər davam etdirilir

15 noyabr 2014 | 16:00

15 noyabr 2014-cü  il tarixində  İsmayıllı  rayon  MKS-nin  uşaq  şöbəsində İsmayıllı uşaq  kitabxanası, Talıstan uşaq bağçası  və And  körpələr evinin birgə təşkilatçılığı ilə  “Balacaların  nağıl  dünyası” adlı  Şəhərcik  təşkil  edilib. 
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin  nümayəndələri, rayon  təhsil  şöbəsinin  işçiləri  tədbirdə  iştirak edib. İsmayıllı Uşaq Kitabxanasının  müdiri Rəna Süleymanova ölkədə və rayonda uşaqlara göstərilən qayğıdan danışıb, onların asudə vaxtının səmərəli təşkili üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
İsmayıllı Rayon Təhsil  Şöbəsinin  metodisti Güllübəyim Cərullayeva  çıxış edərək bu  kimi  tədbirlərin  bizim balalar üçün çox böyük tərbiyəvi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tədbir  balacaların söylədiyi  vətənpərvərlik mövzusundakı şeirlər, rəqslər və səhnəciklərlə davam edib.

Keçidlər