Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon Təhsil Şöbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

12 dekabr 2014 | 16:00

11 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə ümumilli liderin abidəsi önünə tər çiçək dəstələri qoyulub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RTŞ-nin əməkdaşları, ümumtəhsil məktəblərinin rəhbərləri iştirak etdilər. Mərasim çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş  fotosərgi və Heydər Əliyev haqqında nəşr olunmuş kitabların nümayişi təşkil olundu. Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu . Daha sonra Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov tədbiri açaraq, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsində əvəzolunmaz xidmətlərindən danışdı,müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bugün Azərbaycan Prezidenti İlhamƏliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında ətraflı danışdı.
Sonra Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev,RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov çıxış edərək,böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin fəaliyyətindən, Azərbaycanın inkişafında göstərdiyi xidmətlərdən danışdılar.
Tədbirin sonunda şagirdlərin ifasında kompozisiya nümayiş etdirildi.

Keçidlər