Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyaya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə

22 dekabr 2014 | 16:00

Dekabr ayının 22-də İsmayıllı Peşə Tədris Mərkəzində “Narkomaniyaya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə” mövzusuna həsr olunan tədbir keçirildi.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə” İsmayıllı Rayon Komissiyasının sədri Rövşən Ağayev açdı və bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır.  Ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının, mətbuatın, eləcə də ictimaiyyətin rolu böyükdür.
Sonra narkomaniyanın törətdiyi bəlalardan bəhs edən filmə baxıldı.
       “Narkomaniyaya qarşı mübarizədə polisin rolu və vəzifələri” mövzusunda İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev, “Narkomaniyanın fəsadları” mövzusunda rayon prokuroru Rahib Seyidov, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə məhkəmə təcrübəsindən” mövzusunda Rayon Məhkəməsinin hakimi Azad Əliyev, “Cəmiyyətdə narkotik istifadəçilərinin müəyyən edilməsi” mövzusunda Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini İsrayıl İsmayılovçıxış etdilər, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açdılar.
        İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov çıxış edərək qeyd etdi ki, ölkədə narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və Dövlət Proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə böyük diqqət yetirilir.
Tədbirdə bildirildi ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.

Keçidlər